Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın müdafiə naziri Çində işgüzar səfərdədir

© AR Ministry of DefenceЗакир Гасанов
Закир Гасанов - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətlərini ziyarəti nəzərdə tutulur.
Keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
Xəbər lenti
0