DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Macarıstan tərəfdən artan təhlükədən narahatdır

© AP Photo / Markus SchreiberЕС
ЕС - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Macarıstan və Slovakiya Kiyevə 50 milyard avro ayrılmasına qarşı çıxıblar.
BAKI, 29 oktyabr — Sputnik. Avropa rəsmiləri baş nazir Viktor Orban və Rusiya lideri Vladimir Putinin bu yaxınlarda keçirdiyi görüşdən qaynaqlanan Macarıstan tərəfindən artan təhlükədən narahatdırlar.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
Avropanın yüksək rütbəli rəsmisinin nəşrə verdiyi məlumata görə, Macarıstanın Rusiya ilə əlaqələri Aİ-yə üzv dövlətlərin strateji əhəmiyyətli məsələlərlə bağlı ümumi qərarlarını getdikcə təhlükə altına alır.
“Orbanın Pekində Putinlə bu yaxınlarda keçirdiyi görüş və Macarıstanın baş nazirinin Aİ-ni Sovet İttifaqı ilə müqayisə etməsi bizim bu ölkəyə hələ də müttəfiq və tərəfdaş kimi etibar edə biləcəyimizə dair suallar yaradır”, - deyə nəşr yazıb.
Digər bir avropalı diplomat qeyd edib ki, Budapeşt Türkiyədən fərqli olaraq İsveçin NATO-ya daxil olması ilə bağlı ratifikasiyanı hələ imzalamayıb. Bu, bütün NATO müttəfiqlərinin təhlükəsizliyinə mənfi təsir göstərir, həmçinin Macarıstanın Aİ-də getdikcə daha çox təcrid olunmasına gətirib çıxarır.
Eyni zamanda, nəşr qeyd edib ki, Macarıstanın baş nazirinin əlində hələ də bəzi kozırlar var. Bunlardan biri də Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ Şurasına sədrliyidir.
Bundan əvvəl məlum olub ki, Macarıstan və Slovakiya Kiyevə 50 milyard avro ayrılmasına qarşı çıxıblar.
Xəbər lenti
0