https://sputnik.az/20231029/460031443.html
İsrail Qəzza zolağına yardımın həcmini artırmağı planlaşdırır - Yenilənib
İsrail Qəzza zolağına yardımın həcmini artırmağı planlaşdırır - Yenilənib
Sputnik Azərbaycan
Qoren Qəzza zolağının sakinlərini mülki insanlar üçün təhlükəsiz zonanın olduğu anklavın cənubundakı Xan-Yunis şəhəri ərazisinə keçməyə çağırıb. 29.10.2023, Sputnik Azərbaycan
2023-10-29T17:12+0400
2023-10-29T17:12+0400
2023-10-29T16:29+0400
dünya xəbərləri
israil
əməliyyat
qəzza
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930816_0:160:3072:1888_1920x0_80_0_0_8ad5ccd9faaf3a936e6abdbbd1996456.jpg
BAKI, 29 oktyabr — Sputnik. İsrail yaxın günlərdə Misir ərazisindən Qəzza zolağına axan yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.“The Jerusalem Post”a istinadən Reportun verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyi yanında İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi polkovnik Elad Qoren deyib.“Biz gələn həftə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq”, - Qoren bildirib.Qoren həmçinin Qəzza zolağının sakinlərini mülki insanlar üçün təhlükəsiz zonanın olduğu anklavın cənubundakı Xan-Yunis şəhəri ərazisinə keçməyə çağırıb.28.10.23, 12:15İsrail ordusu Qəzza zolağının şimal hissəsinə daxil olubİsrail hərbçiləri Qəzza zolağının şimal hissəsinə daxil olaraq quru əməliyyatı zonasını genişləndirib.Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Bildirilib ki, İsrail hərbçiləri arasında itki yoxdur.27.10.23, 22:50İsrail ordusu quruda əməliyyata başlayıb“Mən KİV-də İsrail Müdafiə Ordusunun (İMO) əməliyyatları ilə bağlı xəbərləri görmüşəm və lakin onların nə və necə etdikləri, hansı irəliləyişə nail olub-olmaması barədə danışmayacağam. Bu barədə yalnız İMO danışmalıdır”. Belə bir açıqlama ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə günü bildirib. O əlavə edib ki, Birləşmiş Ştatlar Qəzza zolağına “böyük həcmdə yanacaq” çatdırmaq üçün tərəfdaşlar axtarır.Diplomat onu da bildirib ki, Birləşmiş Ştatlar Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən bütün girovların azad ediləcəyinə ümid edir, lakin bu ssenarini mümkünsüz hesab edir. “Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ İsraili daha çox hədəflənmiş hava zərbələri lehinə Qəzzada genişmiqyaslı quru əməliyyatından imtina etməyə inandırmağa çalışır.***İsrail ordusu quruda əməliyyat çərçivəsində Qəzza zolağına bölmələr yerləşdirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həcəri bildirib.Yaxın Şərq mediası İsrailin cümə günü axşam saatlarında Qəzza zolağında telefon rabitəsini kəsdiyini bildirib. Bundan əlavə, İnternetin fəaliyyəti, demək olar ki, tamamilə dayandırılıb.Ərəb mediası İsrailin Qəzza zolağının şimalını atəşə tutmasının gücləndiyini yazır. “The Times of Israel” qəzeti Qəzza zolağından İsrailə doğru bir neçə raket atıldığını yazıb. İsrailin bir neçə şəhərində hava hücumu sirenləri səslənib.BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib ki, İsrail Qəzza zolağında quru əməliyyatına başlasa, bunun dağıdıcı təsiri olacaq.“Baş katib quru əməliyyatının dağıdıcı təsirini açıq şəkildə ifadə etdi. Onun hamıya çağırışı beynəlxalq humanitar hüquqa hörmət etməkdir”, - deyə Düjarrik bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930816_171:0:2902:2048_1920x0_80_0_0_007436c12fa328164006a9ec3fb6953d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, əməliyyat, qəzza
İsrail Qəzza zolağına yardımın həcmini artırmağı planlaşdırır - Yenilənib
Qoren Qəzza zolağının sakinlərini mülki insanlar üçün təhlükəsiz zonanın olduğu anklavın cənubundakı Xan-Yunis şəhəri ərazisinə keçməyə çağırıb.
BAKI, 29 oktyabr — Sputnik. İsrail yaxın günlərdə Misir ərazisindən Qəzza zolağına axan yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
“The Jerusalem Post”a istinadən Reportun verdiyi xəbərə görə, bunu Müdafiə Nazirliyi yanında İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi polkovnik Elad Qoren deyib.
“Biz gələn həftə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq”, - Qoren bildirib.
Qoren həmçinin Qəzza zolağının sakinlərini mülki insanlar üçün təhlükəsiz zonanın olduğu anklavın cənubundakı Xan-Yunis şəhəri ərazisinə keçməyə çağırıb.
İsrail ordusu Qəzza zolağının şimal hissəsinə daxil olub
İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsinə daxil olaraq quru əməliyyatı zonasını genişləndirib.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Bildirilib ki, İsrail hərbçiləri arasında itki yoxdur.
İsrail ordusu quruda əməliyyata başlayıb
“Mən KİV-də İsrail Müdafiə Ordusunun (İMO) əməliyyatları ilə bağlı xəbərləri görmüşəm və lakin onların nə və necə etdikləri, hansı irəliləyişə nail olub-olmaması barədə danışmayacağam. Bu barədə yalnız İMO danışmalıdır”. Belə bir açıqlama ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə günü bildirib.
O əlavə edib ki, Birləşmiş Ştatlar Qəzza zolağına “böyük həcmdə yanacaq” çatdırmaq üçün tərəfdaşlar axtarır.
Diplomat onu da bildirib ki, Birləşmiş Ştatlar Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən bütün girovların azad ediləcəyinə ümid edir, lakin bu ssenarini mümkünsüz hesab edir.
“Sizə deyə bilərəm ki, biz bütün girovların azad olunmasını istəyirik. Açığı, onlar buraxılmalıdır, amma belə bir ssenarinin olması ehtimalı görünmür”, - Kirbi jurnalistlərə xüsusi brifinq zamanı bildirib.
“Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ İsraili daha çox hədəflənmiş hava zərbələri lehinə Qəzzada genişmiqyaslı quru əməliyyatından imtina etməyə inandırmağa çalışır.
İsrail ordusu quruda əməliyyat çərçivəsində Qəzza zolağına bölmələr yerləşdirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həcəri bildirib.
"Biz Qəzza zolağına hücumların sürətini artırdıq. Hərbi hava qüvvələrimiz yeraltı hədəflərə və terrorçuların infrastrukturuna hücum edir. Qəzza zolağına hücumların davamı olaraq, qüvvələrimiz bu müharibənin məqsədlərinə çatmasını təmin etmək üçün bu saatlarda quru əməliyyatının əhatə dairəsini genişləndirir”, - deyə o, axşam brifinqində bildirib.
Yaxın Şərq mediası İsrailin cümə günü axşam saatlarında Qəzza zolağında telefon rabitəsini kəsdiyini bildirib. Bundan əlavə, İnternetin fəaliyyəti, demək olar ki, tamamilə dayandırılıb.
Ərəb mediası İsrailin Qəzza zolağının şimalını atəşə tutmasının gücləndiyini yazır. “The Times of Israel” qəzeti Qəzza zolağından İsrailə doğru bir neçə raket atıldığını yazıb. İsrailin bir neçə şəhərində hava hücumu sirenləri səslənib.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib ki, İsrail Qəzza zolağında quru əməliyyatına başlasa, bunun dağıdıcı təsiri olacaq.
“Baş katib quru əməliyyatının dağıdıcı təsirini açıq şəkildə ifadə etdi. Onun hamıya çağırışı beynəlxalq humanitar hüquqa hörmət etməkdir”, - deyə Düjarrik bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.