https://sputnik.az/20231028/transxezer-qaz-kemeri-niye-hec-kime-lazim-deyil-460014562.html
"Transxəzər" qaz kəməri niyə heç kimə lazım deyil?
"Transxəzər" qaz kəməri niyə heç kimə lazım deyil?
Sputnik Azərbaycan
Hər kəsin yalnız sözlə dəstəklədiyi Transxəzər qaz kəmərinə sərmayə qoyulmayıb. Türkmənistanın Avropaya qaz ixrac etməsinə ehtiyacı varmı? 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T10:01+0400
2023-10-28T10:01+0400
2023-10-28T10:15+0400
qaz
neft-qaz
türkmənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473655_0:97:3295:1950_1920x0_80_0_0_8848767d845e313b5294f9b751828431.jpg
BAKI, 28 oktyabr — Sputnik. Aşqabadda keçirilən "Türkmənistanın neft və qazı" beynəlxalq konfransı növbəti dəfə Türkmənistanın "mavi yanacağı"nı dünya qaz "vitrinlərinə" "çıxarıb", onun qərbə tədarükü ilə bağlı müzakirələri intensivləşdirib. Tədbirdə çıxışı zamanı "Türkmənqaz"ın sədr müavini Murat Arçayev bildirib ki, Türkmənistanda ilin yekunları üzrə qaz hasilatının 80 milyard kubmetrdən çox olacağı gözlənilir ki, bunun da yarısı ixrac olunacaq. Eyni zamanda, Çin Türkmənistan qazının əsas ixrac istiqaməti olaraq qalacaq və bura 30 milyard kubmetrdən çox qaz tədarük ediləcək. Bundan əlavə, İranla ildə 3 milyard kubmetrlik svop üzrə üçtərəfli saziş çərçivəsində Özbəkistan, Rusiya və Azərbaycana müəyyən həcmdə "mavi yanacaq" göndəriləcək. Türkmənistan Prezidenti Sərdar Berdımühəmmədov forum iştirakçılarına salamlama nitqində qeyd edib ki, "Transxəzər qaz kəməri təbii qazın Avropa ölkələrinə ixrac ediləcəyi perspektivli meqalayihələrdən biridir". Eyni zamanda mətbuatda bildirilir ki, Berdiməhəmmədov Türkiyəyə səfəri ərəfəsində Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkmənistan qazının Avropaya tranziti məsələsini müzakirə edib. Transxəzər qaz kəməri reaalaşması mümkün olmayan layihədir Transxəzər qaz kəməri Türkmənistan qazının mövcud enerji infrastrukturu vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql etmək üçün Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisinə tədarük layihəsidir. Onun tikintisi 1990-cı illərdən bəri müzakirə olunur, lakin o, 2021-ci ilin əvvəlində Bakı və Aşqabad arasında "Dostluq" yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi barədə sazişi əldə edildikdən sonra aktuallaşıb. 60 milyon ton neft və 100 milyard kubmetr qaz ehtiyatı olan bu yataq Transxəzər qaz kəməri üçün əsas resurs mənbəyi hesab olunur. Tərəflərin müvafiq olaraq 30% və 70% payla bu yatağın işlənməsinə razılıq vermələrinə baxmayaraq, Qərb sərmayəçiləri nə "Dostluq"un işlənməsinin maliyyələşdirilməsinə, nə də Transxəzər qaz kəmərinin tikintisinə yetərincə maraq göstərməyiblər. Eyni zamanda, Azərbaycanın mövqeyi belədir ki, ölkə Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə hərtərəfli dəstək verməyə hazırdır, lakin onu maliyyələşdirməyəcək. Avropa ölkələri Rusiya yanacaq tədarükünü əvəz etmək üçün qaz idxalının şaxələndirilməsinin zəruriliyini dəfələrlə bəyan ediblər. Lakin Türkmənistan qazı məsələsində nə Qərb enerji şirkətləri, nə də Avropa İttifaqı (Aİ) səlahiyyətliləri sözdən əmələ keçməyiblər. Türkmənistan qazına ehtiyacı olanlar sərmayə qoysunlar Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladıb ki, Lüksemburqda Mərkəzi Asiya ölkələri ilə Avropa dövlətləri arasında ötən bazar ertəsi keçirilən konfransda Türkmənistan xarici işlər naziri Rəşid Meredov da çıxış edərək Aşqabadın bu layihə ilə bağlı mövqeyini aydın şəkildə ifadə edib. "O, ölkənin Avropa ilə enerji sahəsində gələcək əməkdaşlığa, xüsusən də Transxəzər qaz kəmərinin reallaşdırılmasına hazır olduğunu deyərək, Türkmənistanın Aİ-nin enerji təhlükəsizliyində iştirak etməyə hazır olduğunu qeyd edib. Lakin məlum olub ki, Türkmənistan tərəfi öz ərazi sərhədlərindən kənarda bir dollar belə sərmayə qoymamaq üçün əvvəlki siyasətini davam etdirir. Aşqabad haqlı olaraq hesab edir ki, Türkmənistanın enerji resurslarına ehtiyacı olanlar layihələrə sərmayə qoymalıdırlar", - deyə Şaban Sputnik Azərbaycan-a bildirib. Ekspert qeyd edib ki, Transxəzər qaz kəməri layihəsinin ilk dəfə 1996-cı ildə müzakirə olunmağa başlamasından bu yana 27 il keçir. Şaban hesab edir ki, bu, reallaşdırılmamış layihələrdən biri olaraq qalacaq. Türkmənistanın öz qazını satacaq yeri var Onun sözlərinə görə, Mərkəzi Asiya regionunda qaz bazarının iştirakçıları dəyişir. Belə ki, ötən gün məlum olub ki, Özbəkistan bu ilin doqquz ayının yekunlarına əsasən, netto-qaz idxalçısına çevrilib. Ekspert qeyd edib ki, Özbəkistan 1953-cü ildə qaz hasil edib ixrac etməyə başlayıb, 70 ildən sonra isə mavi yanacağın idxalçısı olub. Onun fikrincə, Özbəkistanda qaz çatışmazlığı ildən-ilə artacaq, çünki ölkənin ehtiyatları tükənir. Şaban qeyd edib ki, buna görə də, Türkmənistanın qərb istiqamətində qaz ixracına ehtiyacı yoxdur. Avropaya tədarük perspektivləri ilə bağlı bəyanatlar isə Aşqabadın sırf siyasi bəyanatlarıdır. Şaban əminliklə bildirir ki, Avropanın Türkmənistandan qaz idxalı üçün yeni infrastrukturun yaradılmasına təxminən 15-20 milyard avro sərmayə qoymağına ehtiyacı yoxdur. "Dünyadakı vəziyyətə və siyasi-iqtisadi şəraitə əsaslanaraq əminliklə deyə bilərəm ki, Transxəzər qaz kəməri uğursuz, lakin uzun müddət müzakirə olunan layihə kimi tarixə düşəcək", - deyə o, fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473655_283:0:3012:2047_1920x0_80_0_0_287fdc8e0f51b85b47f3a8a3ad1014d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, инфографика, türkmənistan, azərbaycan
qaz, инфографика, türkmənistan, azərbaycan
"Transxəzər" qaz kəməri niyə heç kimə lazım deyil?
10:01 28.10.2023 (Yenilənib: 10:15 28.10.2023) Hər kəsin yalnız sözlə dəstəklədiyi Transxəzər qaz kəmərinə sərmayə qoyulmayıb. Türkmənistanın Avropaya qaz ixrac etməsinə ehtiyacı varmı?
BAKI, 28 oktyabr — Sputnik. Aşqabadda keçirilən "Türkmənistanın neft və qazı" beynəlxalq konfransı növbəti dəfə Türkmənistanın "mavi yanacağı"nı dünya qaz "vitrinlərinə" "çıxarıb", onun qərbə tədarükü ilə bağlı müzakirələri intensivləşdirib.
Tədbirdə çıxışı zamanı "Türkmənqaz"ın sədr müavini Murat Arçayev bildirib ki, Türkmənistanda ilin yekunları üzrə qaz hasilatının 80 milyard kubmetrdən çox olacağı gözlənilir ki, bunun da yarısı ixrac olunacaq.
Eyni zamanda, Çin Türkmənistan qazının əsas ixrac istiqaməti olaraq qalacaq və bura 30 milyard kubmetrdən çox qaz tədarük ediləcək. Bundan əlavə, İranla ildə 3 milyard kubmetrlik svop üzrə üçtərəfli saziş çərçivəsində Özbəkistan, Rusiya və Azərbaycana müəyyən həcmdə "mavi yanacaq" göndəriləcək.
Türkmənistan Prezidenti Sərdar Berdımühəmmədov forum iştirakçılarına salamlama nitqində qeyd edib ki, "Transxəzər qaz kəməri təbii qazın Avropa ölkələrinə ixrac ediləcəyi perspektivli meqalayihələrdən biridir".
Eyni zamanda mətbuatda bildirilir ki, Berdiməhəmmədov Türkiyəyə səfəri ərəfəsində Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkmənistan qazının Avropaya tranziti məsələsini müzakirə edib.
Transxəzər qaz kəməri reaalaşması mümkün olmayan layihədir
Transxəzər qaz kəməri Türkmənistan qazının mövcud enerji infrastrukturu vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql etmək üçün Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisinə tədarük layihəsidir. Onun tikintisi 1990-cı illərdən bəri müzakirə olunur, lakin o, 2021-ci ilin əvvəlində Bakı və Aşqabad arasında "Dostluq" yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi barədə sazişi əldə edildikdən sonra aktuallaşıb. 60 milyon ton neft və 100 milyard kubmetr qaz ehtiyatı olan bu yataq Transxəzər qaz kəməri üçün əsas resurs mənbəyi hesab olunur.
Tərəflərin müvafiq olaraq 30% və 70% payla bu yatağın işlənməsinə razılıq vermələrinə baxmayaraq, Qərb sərmayəçiləri nə "Dostluq"un işlənməsinin maliyyələşdirilməsinə, nə də Transxəzər qaz kəmərinin tikintisinə yetərincə maraq göstərməyiblər.
Eyni zamanda, Azərbaycanın mövqeyi belədir ki, ölkə Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə hərtərəfli dəstək verməyə hazırdır, lakin onu maliyyələşdirməyəcək.
Avropa ölkələri Rusiya yanacaq tədarükünü əvəz etmək üçün qaz idxalının şaxələndirilməsinin zəruriliyini dəfələrlə bəyan ediblər. Lakin Türkmənistan qazı məsələsində nə Qərb enerji şirkətləri, nə də Avropa İttifaqı (Aİ) səlahiyyətliləri sözdən əmələ keçməyiblər.
Türkmənistan qazına ehtiyacı olanlar sərmayə qoysunlar
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladıb ki, Lüksemburqda Mərkəzi Asiya ölkələri ilə Avropa dövlətləri arasında ötən bazar ertəsi keçirilən konfransda Türkmənistan xarici işlər naziri Rəşid Meredov da çıxış edərək Aşqabadın bu layihə ilə bağlı mövqeyini aydın şəkildə ifadə edib.
"O, ölkənin Avropa ilə enerji sahəsində gələcək əməkdaşlığa, xüsusən də Transxəzər qaz kəmərinin reallaşdırılmasına hazır olduğunu deyərək, Türkmənistanın Aİ-nin enerji təhlükəsizliyində iştirak etməyə hazır olduğunu qeyd edib. Lakin məlum olub ki, Türkmənistan tərəfi öz ərazi sərhədlərindən kənarda bir dollar belə sərmayə qoymamaq üçün əvvəlki siyasətini davam etdirir. Aşqabad haqlı olaraq hesab edir ki, Türkmənistanın enerji resurslarına ehtiyacı olanlar layihələrə sərmayə qoymalıdırlar", - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.
Ekspert qeyd edib ki, Transxəzər qaz kəməri layihəsinin ilk dəfə 1996-cı ildə müzakirə olunmağa başlamasından bu yana 27 il keçir. Şaban hesab edir ki, bu, reallaşdırılmamış layihələrdən biri olaraq qalacaq.
Türkmənistanın öz qazını satacaq yeri var
Onun sözlərinə görə, Mərkəzi Asiya regionunda qaz bazarının iştirakçıları dəyişir. Belə ki, ötən gün məlum olub ki, Özbəkistan bu ilin doqquz ayının yekunlarına əsasən, netto-qaz idxalçısına çevrilib.
Ekspert qeyd edib ki, Özbəkistan 1953-cü ildə qaz hasil edib ixrac etməyə başlayıb, 70 ildən sonra isə mavi yanacağın idxalçısı olub. Onun fikrincə, Özbəkistanda qaz çatışmazlığı ildən-ilə artacaq, çünki ölkənin ehtiyatları tükənir.
"Düşünürəm ki, Türkmənistanın yeni infrastruktur qurmadan, hələ sovet illərində tikilmiş qaz kəmərlərindən istifadə edərək qonşu ölkəyə 30 milyard kubmetrə qədər qaz ixrac etmək üçün gözəl imkanı var", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirir.
Şaban qeyd edib ki, buna görə də, Türkmənistanın qərb istiqamətində qaz ixracına ehtiyacı yoxdur. Avropaya tədarük perspektivləri ilə bağlı bəyanatlar isə Aşqabadın sırf siyasi bəyanatlarıdır.
"Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri (Fatih Birol - red.) bir neçə gün əvvəl deyib ki, 2030-cu ildən sonra Avropada qaz istehlakı platoya çatacaq, sonra isə 2040-cı ilə qədər azalacaq. Bu cür açıqlamalar və proqnozlarla Türkmənistan Aİ-yə qaz tədarük etməlidirmi?", - deyə ekspert sual verir.
Şaban əminliklə bildirir ki, Avropanın Türkmənistandan qaz idxalı üçün yeni infrastrukturun yaradılmasına təxminən 15-20 milyard avro sərmayə qoymağına ehtiyacı yoxdur.
"Dünyadakı vəziyyətə və siyasi-iqtisadi şəraitə əsaslanaraq əminliklə deyə bilərəm ki, Transxəzər qaz kəməri uğursuz, lakin uzun müddət müzakirə olunan layihə kimi tarixə düşəcək", - deyə o, fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.