https://sputnik.az/20231028/tehsile-ayrilan-vesait-on-doqquz-defe-artib-bes-keyfiyyet-460038351.html
Təhsilə ayrılan vəsait on doqquz dəfə artıb, bəs keyfiyyət?
Təhsilə ayrılan vəsait on doqquz dəfə artıb, bəs keyfiyyət?
Sputnik Azərbaycan
Təhsil üzrə ekspert bildirir ki, təhsilin keyfiyyəti müəllimdən, ali məktəblərin yetişdirdiyi kadrdan asılıdır 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T21:40+0400
2023-10-28T21:40+0400
2023-10-28T21:40+0400
manat
təhsil
təhsil
keyfiyyət
kamran əsədov
təhsil eksperti kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 28 oktyabr — Sputnik. "Heç bir ölkənin təhsilinin səviyyəsi müəlliminin səviyyəsindən üstün deyil. Müəllimin bilik-bacarıqları nədirsə, təhsilin də səviyəsi ondan ibarətdir. Bu gün Azərbaycanda orta ümumtəhsil məktəbləri və ali məktəblərdə təhsilin əlçatanlığı təmin olunub. Universitetə qəbul olunan hər iki nəfərdən biri ödənişsiz təhsil alır. Cari ildə universitetə qəbul olunan şəxslərdən 28 mini pulsuz təhsil alır ki, bu da kifayət qədər ciddi rəqəmdir. Ölkədə dövlət məktəblərində təhsil tamamilə pulsuzdur". Bunu təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olub-olmamasını bir neçə nüansa əsasən ölçmək olar: "Etiraf edək ki, ali məktəblərə qəbul olunanların sayı çoxalıb. Ali məktəblərə qəbul imtahanının nəticələrinə baxanda görürük ki, yüksək və aşağı bal toplayanlar var. Minimum bal keyfiyyət göstəricisidir". "150 bal toplayanlar var. Buna müvafiq olaraq deyə bilərəm ki, hər halda bu balı toplamaq üçün repetitora ehtiyac yoxdur. Orta məktəbdə təhsilin keyfiyyətini qaldırmaqla repetitorluqdan asılılığı aradan qaldırmaq olar. Lakin bu da birbaşa olaraq məsələni həll etməyəcək", - deyə o əlavə edib. Son 20 ildə repetitordan asılılığın yaranmasına gəlincə, ekspert bildirir ki, ali məktəbə qəbul zamanı imtahana 5-6-cı siniflərin sualları düşür: "Əlbəttə ki, belə olan halda 5-6 il əvvəlki biliklər yaddan çıxır və bunun təkrarlanması üçün repetitora ehtiyac olur. Düşünürəm ki, uşaqların orta məktəbdə bilikləri zəif olsaydı, onlar heç hazırlaşa da bilməzdilər. Tədqiqatlar da göstərir ki, ali məktəbdə nəticələri yüksək olanlar təməl bilikləri möhkəm olanlardır". "Təhsilin keyfiyyəti müəllimdən asılıdır. Son 15 ildə müəllimlərin əmək haqları 265 manatdan 845 manata qalxıb. Lakin etiraf edək ki, biz təhsildə inkişaf istəyiriksə öncə ali məktəblərdə keyfiyyəti artırmalıyıq. Çünki əmək bazarına mütəxəssislər ali məktəbdən gəlirlər. Bu gün elə ali məktəblər var ki, onlar dövlət qulluğu üçün nə mütəxəssis, nə də ki kadr hazırlaya bilirlər. Təəssüf ki, universitetlərin ictimai-siyasi, mədəni həyatda rolu hiss olunmur. Məsələn, Böyük Qayıdış planında bizim univeristetlər heç bir rol oynamırlar. Ali təhsilin keyfiyyəti artsa, insanların rifahı da artar", - deyə o əlavə edib. Son illərdə təhsilin keyfiyyətində müsbət tendensiyaların müşahidə olunduğunu deyən K.Əsədov Azərbaycanın bəzi universitetlərində, xüsusən də Bakı Dövlət Universitetində elmi məqalələrin sayının artdığını vurğulayıb: "Amma bu o demək deyil ki bizdə problemlər yoxdur. Düşünürəm ki, mövcud problemlər həllolunandır. Desək ki, təhsildə keyfiyyət yoxdur, bu zaman iş görənlərə hörmətsizlik etmiş olarıq. Ümumi olaraq, deyə bilərik ki, bu illər ərzində keyfiyyətdə artım baş verib". "Maliyyə mənbələrinə baxsaq görərik ki, bu gün təhsilimiz büdcədən asılıdır. Təhsilə 4.4 milyard vəsait ayrılıb, bu müsbət haldır. Bu hətta qonşu dövlətlərin ümumi büdcəsindən belə çoxdur", - deyə o əlavə edib. Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son illər ərzində daha çox tələbə universitetə qəbul olunur, yeni məktəblər tikilərək istifadəyə verilir, bəzi layihələr icra edilir: "Bəzi qrant layihələrə vəsait ayrılmaqdansa, düşünürəm ki şagird sıxlığı olan ərazilərdə məktəb tikmək daha düzgündür. Lakin ümumi olaraq deyə bilərik ki, təhsildə keyfiyyət ürəkaçan deyil". Qeyd edək ki, Baş nazir Əli Əsədov bildirib ki, son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb. Ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi "2023-cü il dövlət büdcəsi haqqında" Qanunda təhsilə 4,4 milyard manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur. 2023-2024-cü tədris ilində nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsi tikilib istifadəyə verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, təhsil, keyfiyyət, kamran əsədov, təhsil eksperti kamran əsədov
manat, təhsil, keyfiyyət, kamran əsədov, təhsil eksperti kamran əsədov
Təhsilə ayrılan vəsait on doqquz dəfə artıb, bəs keyfiyyət?
Təhsil üzrə ekspert bildirir ki, təhsilin keyfiyyəti müəllimdən, ali məktəblərin yetişdirdiyi kadrdan asılıdır
BAKI, 28 oktyabr — Sputnik. "Heç bir ölkənin təhsilinin səviyyəsi müəlliminin səviyyəsindən üstün deyil. Müəllimin bilik-bacarıqları nədirsə, təhsilin də səviyəsi ondan ibarətdir. Bu gün Azərbaycanda orta ümumtəhsil məktəbləri və ali məktəblərdə təhsilin əlçatanlığı təmin olunub. Universitetə qəbul olunan hər iki nəfərdən biri ödənişsiz təhsil alır. Cari ildə universitetə qəbul olunan şəxslərdən 28 mini pulsuz təhsil alır ki, bu da kifayət qədər ciddi rəqəmdir. Ölkədə dövlət məktəblərində təhsil tamamilə pulsuzdur".
Bunu təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olub-olmamasını bir neçə nüansa əsasən ölçmək olar: "Etiraf edək ki, ali məktəblərə qəbul olunanların sayı çoxalıb. Ali məktəblərə qəbul imtahanının nəticələrinə baxanda görürük ki, yüksək və aşağı bal toplayanlar var. Minimum bal keyfiyyət göstəricisidir".
"150 bal toplayanlar var. Buna müvafiq olaraq deyə bilərəm ki, hər halda bu balı toplamaq üçün repetitora ehtiyac yoxdur. Orta məktəbdə təhsilin keyfiyyətini qaldırmaqla repetitorluqdan asılılığı aradan qaldırmaq olar. Lakin bu da birbaşa olaraq məsələni həll etməyəcək", - deyə o əlavə edib.
Son 20 ildə repetitordan asılılığın yaranmasına gəlincə, ekspert bildirir ki, ali məktəbə qəbul zamanı imtahana 5-6-cı siniflərin sualları düşür: "Əlbəttə ki, belə olan halda 5-6 il əvvəlki biliklər yaddan çıxır və bunun təkrarlanması üçün repetitora ehtiyac olur. Düşünürəm ki, uşaqların orta məktəbdə bilikləri zəif olsaydı, onlar heç hazırlaşa da bilməzdilər. Tədqiqatlar da göstərir ki, ali məktəbdə nəticələri yüksək olanlar təməl bilikləri möhkəm olanlardır".
"Təhsilin keyfiyyəti müəllimdən asılıdır. Son 15 ildə müəllimlərin əmək haqları 265 manatdan 845 manata qalxıb. Lakin etiraf edək ki, biz təhsildə inkişaf istəyiriksə öncə ali məktəblərdə keyfiyyəti artırmalıyıq. Çünki əmək bazarına mütəxəssislər ali məktəbdən gəlirlər. Bu gün elə ali məktəblər var ki, onlar dövlət qulluğu üçün nə mütəxəssis, nə də ki kadr hazırlaya bilirlər. Təəssüf ki, universitetlərin ictimai-siyasi, mədəni həyatda rolu hiss olunmur. Məsələn, Böyük Qayıdış planında bizim univeristetlər heç bir rol oynamırlar. Ali təhsilin keyfiyyəti artsa, insanların rifahı da artar", - deyə o əlavə edib.
Son illərdə təhsilin keyfiyyətində müsbət tendensiyaların müşahidə olunduğunu deyən K.Əsədov Azərbaycanın bəzi universitetlərində, xüsusən də Bakı Dövlət Universitetində elmi məqalələrin sayının artdığını vurğulayıb: "Amma bu o demək deyil ki bizdə problemlər yoxdur. Düşünürəm ki, mövcud problemlər həllolunandır. Desək ki, təhsildə keyfiyyət yoxdur, bu zaman iş görənlərə hörmətsizlik etmiş olarıq. Ümumi olaraq, deyə bilərik ki, bu illər ərzində keyfiyyətdə artım baş verib".
"Maliyyə mənbələrinə baxsaq görərik ki, bu gün təhsilimiz büdcədən asılıdır. Təhsilə 4.4 milyard vəsait ayrılıb, bu müsbət haldır. Bu hətta qonşu dövlətlərin ümumi büdcəsindən belə çoxdur", - deyə o əlavə edib.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son illər ərzində daha çox tələbə universitetə qəbul olunur, yeni məktəblər tikilərək istifadəyə verilir, bəzi layihələr icra edilir: "Bəzi qrant layihələrə vəsait ayrılmaqdansa, düşünürəm ki şagird sıxlığı olan ərazilərdə məktəb tikmək daha düzgündür. Lakin ümumi olaraq deyə bilərik ki, təhsildə keyfiyyət ürəkaçan deyil".
Qeyd edək ki, Baş nazir Əli Əsədov bildirib ki, son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb.
Ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi "2023-cü il dövlət büdcəsi haqqında" Qanunda təhsilə 4,4 milyard manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.
2023-2024-cü tədris ilində nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsi tikilib istifadəyə verilib.