Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya və Qazaxıstandan Azərbaycana buğda idxalı - DETALLAR

© AFP 2023 / LIONEL BONAVENTUREbuğda
buğda  - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Cari ilin 8 ayında Azərbaycana cəmi buğda idxalının 77,2 faizi Rusiyanın, 22,4 faizi isə Qazaxıstanın payına düşüb.
BAKI, 28 oktyabr — Sputnik. Rusiyadan Azərbaycana gətirilən buğdanın idxalı kəskin artıb, dəyəri isə azalıb. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 132,6 milyon dollar dəyərində 516,5 min ton buğda idxal edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımından 35,8 faiz çox, dəyər baxımından isə 4,7 faiz az deməkdir. Başqa sözlə, Rusiyadan gətirilən buğdanın miqdarı artıb, dəyəri isə azalıb. Bu da buğdanın idxal qiymətinin ucuzlaşdığını göstərir.
Qazaxıstandan buğda idxalı azalıb
2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstandan Azərbaycana 50,4 milyon dollar dəyərində 150 min ton buğda idxal edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımından 4,7 faiz, dəyər baxımından isə 4,9 faiz az deməkdir.
Cari ilin 8 ayında Azərbaycana cəmi buğda idxalının 77,2 faizi Rusiyanın, 22,4 faizi isə Qazaxıstanın payına düşüb.
Xatırladaq ki, Azərbaycana buğda Rusiya və Qazaxıstandan gətirilir.
© SputnikCədvəl
Cədvəl - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Cədvəl
Əlavə edək ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Nazirlər Kabineti bu ilin 21 iyun tarixində "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" Sərəncam qəbul edib.
Sərəncama əsasən, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Bu il ölkə ərazisində 1 milyon hektardan çox sahədə taxıl əkilib ki, bunun 658,4 min hektarı buğda, 400 min hektarı isə arpa sahəsidir.
Ötən il Azərbaycana buğda idxalı əvvəlki ilə nisbətən 12,6% artaraq 1,3 milyon ton olub. 2022-ci ildə Azərbaycanda 1,7 milyon ton buğda istehsal edilib.
Mart ayında Azərbaycanda un və çörək ucuzlaşıb
Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma bu ilin mart ayında çörəyin qiymətinin enməsinə səbəb olub.
© SputnikCədvəl
Cədvəl - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Cədvəl
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Dövlət Xidmətinin məlumatına görə, monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Rusiya ixrac rüsumunu artırıb
Məlumat üçün bildirək ki, Rusiya buğda üçün ixrac rüsumunu bu ilin avqust ayının 23-dən etibarən artırıb. Rusiyada bir ton buğdanın ixrac rüsumu 15% artırılaraq 4270 rubl təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0