https://sputnik.az/20231028/macaristan-rusiya-ve-ukrayna-arasinda-danisiqlarin-aparilmasini-temin-etmeye-hazirdir-460037891.html
Macarıstan Rusiya və Ukrayna arasında danışıqların aparılmasını təmin etməyə hazırdır
Macarıstan Rusiya və Ukrayna arasında danışıqların aparılmasını təmin etməyə hazırdır
Sputnik Azərbaycan
Siyarto əlavə edib ki, Macarıstan bu müraciəti aldığı təqdirdə, dərhal müsbət cavab verəcək. 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T17:21+0400
2023-10-28T17:21+0400
2023-10-28T17:21+0400
ukrayna
dünya xəbərləri
xüsusi hərbi əməliyyat
rusiya
peter siyyarto
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456859758_0:0:3074:1730_1920x0_80_0_0_a7292567bfc036e9e7dcf04405a685ef.jpg
BAKI, 28 oktyabr - Sputnik. Budapeşt Rusiya və Ukrayna nümayəndələrinin istədikləri halda danışıqların aparılmasını təmin etməyə hazırdır. Bu barədə RİA Novosti Macarıstanın xarici işlər naziri Peter Siyartonun söylədiklərinə istinadən xəbər verir. Macarıstanın Moskva ilə Kiyev arasındakı danışıqların bərpa olunacağı təqdirdə vasitəçi kimi çıxış etməyə və bu danışıqları təmin etməyə hazır olub-olmaması sualına cavab verən Siyarto qeyd edib ki, yalnız hər iki tərəfin istədiyi halda vasitəçi ola bilərlər. Bu, yalnız onlardan asılı deyil. Siyatro əlavə edib ki, Macarıstan bu müraciəti aldığı təqdirdə, dərhal müsbət cavab verəcək. Bu yaxınlarda "dikGAZETE" nəşri yazıb ki, Qərb ölkələrinin dəstəyini itirdiyini anlayan Vladimir Zelenskinin hərəkətləri onunla sülh danışıqları aparmağı mümkünsüz edir. Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin Ukraynanın dövlətçiliyini qoruyub saxlaması üçün Yeni ilə qədər Rusiya ilə sülh müqaviləsi bağlamalı olacağı fikrini söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456859758_0:0:2732:2048_1920x0_80_0_0_31c6bab9d0d4a80dca0793303398afb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat, rusiya, peter siyyarto
ukrayna, xüsusi hərbi əməliyyat, rusiya, peter siyyarto
Macarıstan Rusiya və Ukrayna arasında danışıqların aparılmasını təmin etməyə hazırdır
Siyarto əlavə edib ki, Macarıstan bu müraciəti aldığı təqdirdə, dərhal müsbət cavab verəcək.
BAKI, 28 oktyabr - Sputnik. Budapeşt Rusiya və Ukrayna nümayəndələrinin istədikləri halda danışıqların aparılmasını təmin etməyə hazırdır.
Bu barədə RİA Novosti Macarıstanın xarici işlər naziri Peter Siyartonun söylədiklərinə istinadən xəbər verir.
Macarıstanın Moskva ilə Kiyev arasındakı danışıqların bərpa olunacağı təqdirdə vasitəçi kimi çıxış etməyə və bu danışıqları təmin etməyə hazır olub-olmaması sualına cavab verən Siyarto qeyd edib ki, yalnız hər iki tərəfin istədiyi halda vasitəçi ola bilərlər. Bu, yalnız onlardan asılı deyil.
Siyatro əlavə edib ki, Macarıstan bu müraciəti aldığı təqdirdə, dərhal müsbət cavab verəcək.
Bu yaxınlarda "dikGAZETE" nəşri yazıb ki, Qərb ölkələrinin dəstəyini itirdiyini anlayan Vladimir Zelenskinin hərəkətləri onunla sülh danışıqları aparmağı mümkünsüz edir.
Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin Ukraynanın dövlətçiliyini qoruyub saxlaması üçün Yeni ilə qədər Rusiya ilə sülh müqaviləsi bağlamalı olacağı fikrini söyləyib.