https://sputnik.az/20231028/lham-eliyev-azerbaycan-ve-turkiye-xalqlari-bu-gun-de-bir-birinin-yanindadir-460047304.html
İlham Əliyev: "Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"
İlham Əliyev: "Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti: "Türkiyə dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir" 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T18:16+0400
2023-10-28T18:16+0400
2023-10-28T18:16+0400
azərbaycan xəbərləri
rəcəb tayyip ərdoğan
prezident ilham əliyev
təbrik məktubu
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455866016_0:46:1000:609_1920x0_80_0_0_03ca82afb57bf2e474dde1d1d6df5a77.jpg
BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.Mətndə deyilir:"Hörmətli cənab Prezident,Əziz Qardaşım,Əlamətdar tarix – Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.Bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olmuş, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırmışdı. Bu müstəsna gündə Ulu Öndər Atatürkün, onun silahdaşlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir. Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir.Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyuruq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir.Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik.Bu tarixi gündə Sizin və qardaş Türkiyə xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455866016_64:0:936:654_1920x0_80_0_0_73909fdb251ab4b0682ff55a79d861d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, prezident ilham əliyev, təbrik məktubu, türkiyə
rəcəb tayyip ərdoğan, prezident ilham əliyev, təbrik məktubu, türkiyə
İlham Əliyev: "Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"
Azərbaycan Prezidenti: "Türkiyə dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir"
BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident,
Əlamətdar tarix – Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olmuş, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırmışdı. Bu müstəsna gündə Ulu Öndər Atatürkün, onun silahdaşlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir. Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir.
Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyuruq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir.
Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.
Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik.
Bu tarixi gündə Sizin və qardaş Türkiyə xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram".