CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquz ayda ən çox hansı daşınmaz əmlak girov qoyulub?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMənzilin giriş qapısı
Mənzilin giriş qapısı - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir.
BAKI, 28 oktyabr — Sputnik. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlakların adı açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir.
Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, hesabat dövründə 35 min 248 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 61 min 393 əmlakdan 11 min 921-i torpaq sahəsinin, 8768-i isə fərdi yaşayış evinin payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0