DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden: ABŞ amerikalıları qorumaq üçün Suriyadakı hədəfləri ələ keçirib

© AP Photo / Andrew HarnikCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
ABŞ lideri Suriyadakı obyektlərə endirilən zərbələri BMT Nizamnaməsinə uyğun olduğunu deyib.
BAKI, 28 oktyabr - Sputnik. ABŞ ordusunun Suriyadakı hədəflərə endirdiyi zərbələr Amerika vətəndaşlarının müdafiəsi məqsədilə həyata keçirildiyi üçün BMT Nizamnaməsinə uyğundur.
Bu barədə Rusiya mediası ABŞ prezidenti Co Baydenin söylədiklərinə istinadən xəbər verib.
"ABŞ BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunan beynəlxalq hüquqa və özünümüdafiə hüququna uyğun olan zəruri və mütənasib addımlar atıb", - deyə Bayden Vaşinqtonun bundan sonra da təhdidlərə və ya hücumlara cavab verməyə hazır olduğunu söyləyib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ hərbçiləri Suriyada iki obyektə zərbə endiriblər. Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, bu hücum əmrini ABŞ prezidenti Co Bayden verib. ABŞ müdafiə naziri Suriya obyektlərinə hücumun Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə bağlı olmadığını və 2023-cü ilin oktyabrında ABŞ-ın İraq və Suriyadakı bazalarının atəşə tutulması ilə bağlı bir sıra insidentlərə cavab olduğunu vurğulayıb.
Bu yaxınlarda Suriyanın şərqindəki Haseke əyalətində yerləşən ABŞ-ın Əş-Şəddadi hərbi bazası raket atəşinə məruz qalıb. Bundan əlavə bir sıra digər oxşar hadisələr də qeydə alınıb.
Xəbər lenti
0