https://sputnik.az/20231028/azerbaycanda-coreyin-qiymeti-deyisib-460043380.html
Azərbaycanda çörəyin qiyməti dəyişib
Azərbaycanda çörəyin qiyməti dəyişib
Sputnik Azərbaycan
Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır. 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T15:26+0400
2023-10-28T15:26+0400
2023-10-28T16:03+0400
çörək
iqtisadiyyat
qiymət
ucuzlaşma
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
un
buğda
buğda
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437865934_0:160:3072:1888_1920x0_80_0_0_2649cecd33bdb0a55c9689b9fd5b600e.jpg
BAKI, 28 oktyabr - Sputnik. Oktyabrın 26-dan Azərbaycanın bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.Report xəbər verir ki, bu, 2023-cü ildə çörəyin 3-cü ucuzlaşmasıdır.Belə ki, bu ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə düşmüşdü. Beləliklə, il ərzində qiymətdə ümumilikdə 21,4 % azalma olub.Xatırladaq ki, son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb. Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28 % azdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən Dövlət Xidmətinin internet səhifəsinə istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26,4-28,5 manatdır. 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40-40,15 manat olub.Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437865934_171:0:2902:2048_1920x0_80_0_0_99c9cb0ce559ebe24d428eff946932c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çörək, qiymət, ucuzlaşma, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, un, buğda, buğda
çörək, qiymət, ucuzlaşma, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, un, buğda, buğda
Azərbaycanda çörəyin qiyməti dəyişib
15:26 28.10.2023 (Yenilənib: 16:03 28.10.2023) Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.
BAKI, 28 oktyabr - Sputnik. Oktyabrın 26-dan Azərbaycanın bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.
Report xəbər verir ki, bu, 2023-cü ildə çörəyin 3-cü ucuzlaşmasıdır.
Belə ki, bu ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə düşmüşdü. Beləliklə, il ərzində qiymətdə ümumilikdə 21,4 % azalma olub.
Xatırladaq ki, son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb. Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28 % azdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.
Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən Dövlət Xidmətinin internet səhifəsinə istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26,4-28,5 manatdır. 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40-40,15 manat olub.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.