https://sputnik.az/20231028/ariqlamaq-ucun-her-gun-ne-qeder-yasil-cay-icmek-olar-460048590.html
Arıqlamaq üçün hər gün nə qədər yaşıl çay içmək olar?
Arıqlamaq üçün hər gün nə qədər yaşıl çay içmək olar?
Sputnik Azərbaycan
Diyetoloqun fikrincə, arıqlamaq üçün fastfudlardan uzaq durmaq lazımdır. 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T22:07+0400
2023-10-28T22:07+0400
2023-10-28T22:07+0400
səhiyyə
yaşıl çay
arıqlamaq
diyetoloq
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436772959_0:998:2048:2150_1920x0_80_0_0_86e16bcefb7e21601dea2342894fc709.jpg
BAKI, 28 oktyabr - Sputnik. Yaşıl çay artıq çəki ilə mübarizədə kömək edir, lakin bununla bağlı bir neçə qaydaya riayət etmək lazımdır. Arıqlamaq üçün gündəlik 10 stəkan yaşıl çay içmək olar, lakin hər kəsə yox. Bu barədə nutritionist və diyetoloq İrina Pisaryova "vm.ru" nəşrinə məlumat verib. "Əgər biz fastfud, tort, şokolad və digər şirniyyatları yaşıl çayla birlikdə yeyib-içiriksə, bu zaman çəkimiz azalmayacaq, əksinə, artacaq. Ona görə də artıq çəki atmaq və müsbət nəticə əldə etmək üçün bütün bunları rasiondan çıxarmaq vacibdir", - deyə Pisaryova bildirib. Diyetoloq həmçinin qeyd edib ki, bu içki hər kəsə eyni təsir göstərmir, hər bir insan üçün içkinin həcmi və təsiri ciddi şəkildə fərdidir. Buna görə də hamının 10 stəkan yaşıl çay içməsi məsləhət deyil. Pisaryova onu da əlavə edib ki, yeməkdən təxminən yarım saat əvvəl çay içmək yaxşıdır. Eyni zamanda idman məşqlərini də unutmaq olmaz, çünki onlarsız nəticə gözləməyin mənası yoxdur. Diyetoloq Emi Şapiro da qeyd edib ki, arıqlamaq prosesi 30 yaşından sonra daha da çətinləşir. Səbəb bədəndə maddələr mübadiləsini yavaşladan dəyişikliklərdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436772959_0:806:2048:2342_1920x0_80_0_0_ba0bdd6243d994d16a1fc2b7926f84a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaşıl çay, arıqlamaq, diyetoloq
yaşıl çay, arıqlamaq, diyetoloq
Arıqlamaq üçün hər gün nə qədər yaşıl çay içmək olar?
Diyetoloqun fikrincə, arıqlamaq üçün fastfudlardan uzaq durmaq lazımdır.
BAKI, 28 oktyabr - Sputnik. Yaşıl çay artıq çəki ilə mübarizədə kömək edir, lakin bununla bağlı bir neçə qaydaya riayət etmək lazımdır. Arıqlamaq üçün gündəlik 10 stəkan yaşıl çay içmək olar, lakin hər kəsə yox.
Bu barədə nutritionist və diyetoloq İrina Pisaryova "vm.ru" nəşrinə məlumat verib.
"Əgər biz fastfud, tort, şokolad və digər şirniyyatları yaşıl çayla birlikdə yeyib-içiriksə, bu zaman çəkimiz azalmayacaq, əksinə, artacaq. Ona görə də artıq çəki atmaq və müsbət nəticə əldə etmək üçün bütün bunları rasiondan çıxarmaq vacibdir", - deyə Pisaryova bildirib.
Diyetoloq həmçinin qeyd edib ki, bu içki hər kəsə eyni təsir göstərmir, hər bir insan üçün içkinin həcmi və təsiri ciddi şəkildə fərdidir. Buna görə də hamının 10 stəkan yaşıl çay içməsi məsləhət deyil.
Pisaryova onu da əlavə edib ki, yeməkdən təxminən yarım saat əvvəl çay içmək yaxşıdır. Eyni zamanda idman məşqlərini də unutmaq olmaz, çünki onlarsız nəticə gözləməyin mənası yoxdur.
Diyetoloq Emi Şapiro da qeyd edib ki, arıqlamaq prosesi 30 yaşından sonra daha da çətinləşir. Səbəb bədəndə maddələr mübadiləsini yavaşladan dəyişikliklərdir.