https://sputnik.az/20231028/amerikali-alimler-videozenglerin-psixikaya-nece-zerer-vere-bileceyini-izah-edibler-460038740.html
Amerikalı alimlər videozənglərin psixikaya necə zərər verə biləcəyini izah ediblər
Amerikalı alimlər videozənglərin psixikaya necə zərər verə biləcəyini izah ediblər
Sputnik Azərbaycan
Psixiatr Emili Hemendinger izah edib ki, videogörüş zamanı insanlar üzlərinə həddindən artıq diqqət yetirməyə və xəyali qüsurları görməyə meyllidirlər. 28.10.2023, Sputnik Azərbaycan
2023-10-28T23:31+0400
2023-10-28T23:31+0400
2023-10-28T23:31+0400
skype
elm
mütəxəssis
plastik
plastik cərrah
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40936/39/409363970_1:0:1295:728_1920x0_80_0_0_7e521ef7ddf34d1e10b1b917e2220f3e.jpg
BAKI, 28 oktyabr - Sputnik. Kolorado Universitetinin alimləri “Zoom” və digər proqramlardan istifadə etməklə zənglərin insanların öz görünüşlərindən narazılığını artıra biləcəyini söyləyiblər. Bu barədə “Gazeta.Ru” xəbər verir. Amerika Plastik Cərrahlar Cəmiyyətinin məlumatına görə, 2019-cu ildən bəri onların xidmətlərinə tələbat bir yarım dəfə artıb. Çox vaxt müraciət edənlər üzlərində plastik əməliyyat keçirtmək istəyirlər. Çoxsaylı ekspertlər bu cür əməliyyatların artmasını videozəng tətbiqetmələrindən istifadə etməklə əlaqələndirirlər. Psixiatr Emili Hemendinger izah edib ki, videogörüş zamanı insanlar üzlərinə həddindən artıq diqqət yetirməyə və xəyali qüsurları görməyə meyllidirlər. Xüsusilə qadınlar söhbət zamanı ekranda daha çox özlərinə baxırlar. Bundan əlavə, proqramın xüsusiyyətlərinə və ya zəif əlaqə keyfiyyətinə görə bəzi insanlar görüntülü söhbət zamanı hər kəsin onların görünüşlərini qiymətləndirmək üçün onlara baxdığını düşünürlər. Bu hiss həyəcan və narahatlığa səbəb ola bilər. Mütəxəssislər qeyd ediblər ki, videozəng zamanı diqqətinizi xarici görünüşünüzü təhlil etməkdən yayındırmağa və digər insanların söylədiklərinə daha çox diqqət yetirməyə çalışmaq lazımdır. Ayrıca, həmsöhbətlərinizin üzlərinin hər bir hissələrinə diqqətlə baxmamaq lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40936/39/409363970_163:0:1134:728_1920x0_80_0_0_fef4dc7096214ea00c86e5b776bd00d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
skype, mütəxəssis, plastik, plastik cərrah, cəmiyyət
skype, mütəxəssis, plastik, plastik cərrah, cəmiyyət
Amerikalı alimlər videozənglərin psixikaya necə zərər verə biləcəyini izah ediblər
Psixiatr Emili Hemendinger izah edib ki, videogörüş zamanı insanlar üzlərinə həddindən artıq diqqət yetirməyə və xəyali qüsurları görməyə meyllidirlər.
BAKI, 28 oktyabr - Sputnik. Kolorado Universitetinin alimləri “Zoom” və digər proqramlardan istifadə etməklə zənglərin insanların öz görünüşlərindən narazılığını artıra biləcəyini söyləyiblər.
Bu barədə “Gazeta.Ru” xəbər verir.
Amerika Plastik Cərrahlar Cəmiyyətinin məlumatına görə, 2019-cu ildən bəri onların xidmətlərinə tələbat bir yarım dəfə artıb. Çox vaxt müraciət edənlər üzlərində plastik əməliyyat keçirtmək istəyirlər. Çoxsaylı ekspertlər bu cür əməliyyatların artmasını videozəng tətbiqetmələrindən istifadə etməklə əlaqələndirirlər.
Psixiatr Emili Hemendinger izah edib ki, videogörüş zamanı insanlar üzlərinə həddindən artıq diqqət yetirməyə və xəyali qüsurları görməyə meyllidirlər. Xüsusilə qadınlar söhbət zamanı ekranda daha çox özlərinə baxırlar.
Bundan əlavə, proqramın xüsusiyyətlərinə və ya zəif əlaqə keyfiyyətinə görə bəzi insanlar görüntülü söhbət zamanı hər kəsin onların görünüşlərini qiymətləndirmək üçün onlara baxdığını düşünürlər. Bu hiss həyəcan və narahatlığa səbəb ola bilər.
Mütəxəssislər qeyd ediblər ki, videozəng zamanı diqqətinizi xarici görünüşünüzü təhlil etməkdən yayındırmağa və digər insanların söylədiklərinə daha çox diqqət yetirməyə çalışmaq lazımdır. Ayrıca, həmsöhbətlərinizin üzlərinin hər bir hissələrinə diqqətlə baxmamaq lazımdır.