Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AMB-nin Baş direktoru: “Rəqəmsal manatın tətbiqinə tələsmirik”

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Təhlillər tam başa çatdıqdan sonra rəqəmsal manat barədə qərar verilə bilər
BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal manatın tətbiqinə tələsmir.
Bunu “Report”a açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.
“Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillər aparırıq, amma onun tətbiqinə tələsmirik", - deyə Baş direktor qeyd edib.
Onun sözlərinə görə, təhlillər tam başa çatdıqdan sonra rəqəmsal manat barədə qərar verilə bilər: "Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil".
Xəbər lenti
0