CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə günü 29 dərəcə isti olacaq

© Sputnik / Murad Orujovisti
isti  - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti sabah olan hava proqnozunu təqdim edib.
BAKI, 27 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0