https://sputnik.az/20231027/sehiyye-nazirinin-birinci-muavini-vezifesi-legv-edilib-460022785.html
Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Sputnik Azərbaycan
Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T19:54+0400
2023-10-27T19:54+0400
2023-10-27T19:54+0400
səhiyyə naziri
səhiyyə
nazirlik
səlahiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 27 oktyabr — Sputnik. Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var. Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, nazirin 3 müavini olacaq. Səhiyyə nazirinin səlahiyyətləri artırılıb Fərmanla nazirin səlahiyyətləri sırasına aşağıdakılar əlavə edilib: Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılacaq Səhiyyə Nazirliyində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılacaq. Apellyasiya Şurasının əsasnaməsini nazir təsdiq edəcək. Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin reyestri aparılacaq Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri aparılacaq. Dövlət reyestrini aparmaq nazirliyin vəzifələri sırasına daxil edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səhiyyə naziri, nazirlik, səlahiyyət
səhiyyə naziri, nazirlik, səlahiyyət
Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub.
BAKI, 27 oktyabr — Sputnik. Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var. Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, nazirin 3 müavini olacaq.
Səhiyyə nazirinin səlahiyyətləri artırılıb
Fərmanla nazirin səlahiyyətləri sırasına aşağıdakılar əlavə edilib:
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim etmək;
Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək;
Müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir
Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq etmək.
Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılacaq
Səhiyyə Nazirliyində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılacaq.
Apellyasiya Şurasının əsasnaməsini nazir təsdiq edəcək.
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin reyestri aparılacaq
Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri aparılacaq.
Dövlət reyestrini aparmaq nazirliyin vəzifələri sırasına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.