https://sputnik.az/20231027/qida-ve-yem-mehsullarina-saglamliq-sertifikatlarinin-verilmesi-ucun-qaydasi-belli-olub-460014289.html
Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi üçün qaydası bəlli olub
Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi üçün qaydası bəlli olub
Sputnik Azərbaycan
Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla bir sıra tələblərə cavab verməlidir. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T22:55+0400
2023-10-27T22:55+0400
2023-10-27T22:55+0400
azərbaycan qida təhlükəsizliyi institutu
cəmiyyət
"baytarlıq haqqında" qanun
sertifikat
iş günü
https://cdnn1.img.sputnik.az/img/41211/80/412118011_0:0:2000:1125_1920x0_80_0_0_583bcd224000f26093dd66cbd1ad6154.jpg
BAKI, 27 oktyabr — Sputnik. Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qaydaya əsasən, Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, "Baytarlıq haqqında" qanuna əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır. İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laborato riyalarında həyata keçirilir. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir. Məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları 7 (yeddi) iş günündən gec olmayaraq verilir. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir: Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41211/80/412118011_168:0:1948:1335_1920x0_80_0_0_19221e684d7c50b947e9abf50461cc04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan qida təhlükəsizliyi institutu, "baytarlıq haqqında" qanun, sertifikat, iş günü
azərbaycan qida təhlükəsizliyi institutu, "baytarlıq haqqında" qanun, sertifikat, iş günü
Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi üçün qaydası bəlli olub
Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla bir sıra tələblərə cavab verməlidir.
BAKI, 27 oktyabr — Sputnik. Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qaydaya əsasən, Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, "Baytarlıq haqqında" qanuna əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.
İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır.
Nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) ərizəçinin seçiminə uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laborato riyalarında həyata keçirilir. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir. Məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd olunan müddət sertifikatın verilməsi ilə bağlı göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə olunması üçün ödəniş tələb edilmir. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları 7 (yeddi) iş günündən gec olmayaraq verilir.
Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
"Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilmiş hallarda;
məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;
məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.
Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Sertifikat unikal (təkrarlanmayan) elektron qaydada verilən eyniləşdirmə nömrəsinə malik olmaqla aşağıdakı tələblərə cavab verməlidir:
daxil edilmiş məlumatlar düzgün olmalıdır;
imzalayan şəxsi və sənədin verilmə tarixini müəyyən- ləşdirməyə imkan verməlidir;
istinad olunan rəsmi tələbləri dəqiq ehtiva etməlidir.
Sertifikat ərizəçiyə kağız və elektron formada verilir. Sertifikatın kağız nüsxəsi hazırlanır və sənədin əsli Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanıb möhürlənərək ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sertifikat Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində verilir. Sertifikatın qüvvədə olma müddəti bir aydır (məhsulun yararlılıq müddətindən çox olmamaqla) və bu müddət ərzində məhsullar ixrac edilməzsə, sertifikat qüvvədən düşmüş sayılır. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız sertifikatda göstərilən məhsul partiyası üçün istifadə edə bilər. İxrac zamanı məhsul sertifikatla müşayiət olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.