NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qazlaşdırma proqramı hazırlanacaq

© iStock.com / MikeMareenQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Bu il Azərbaycanda 150 kənd və yaşayış massivin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər yekunlaşmaq üzrədir
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda növbəti il üçün qazlaşdırma proqramı müəyyən ediləcək. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, bu işlər formalaşmaq üzrədir:
"Hər il olduğu kimi, qazlaşdırma proqramı "Azəriqaz"ın daxili maliyyə resursları hesabına həyata keçirilir".
T.Cəfərov xüsusi olaraq qeyd edib ki, cari ilin noyabr ayından etibarən Azərbaycanda 40 kənd və yaşayış massivinin qazlaşdırılmasına başlanılacaq.
Şöbə rəisinin sözlərinə görə, artıq ölkə üzrə qazlaşdırma səviyyəsi 96,4 % təşkil edir:
"Bu gün ölkədə 900-ə yaxın qazlaşmayan kənd və yaşayış massivi mövcuddur. Bunlardan da 250-ə yaxın; qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilir".

"Digər kənd və yaşayış massivlərinin qazlaşdırılması "Azəriqaz"ın daxili maliyyə resursları hesabına mərhələli şəkildə həyata keçiriləcək", - deyə T.Cəfərov vurğulayıb.

Qeyd edək ki, cari ildə 150 kənd və yaşayış massivin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər yekunlaşmaq üzrədir. Həmin kənd, yaşayış massivlərinin qazlaşdırılması işlərinin növbəti ilin birinci rübü üzrə yekunlaşması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0