https://sputnik.az/20231027/qazaxistanli-qacaq-nebi-nazir-olkede-luks-vergisinin-tetbiq-olunmasini-teklif-edir-460017951.html
Qazaxıstanlı “Qaçaq Nəbi”: nazir ölkədə lüks vergisinin tətbiq olunmasını təklif edir
Qazaxıstanlı “Qaçaq Nəbi”: nazir ölkədə lüks vergisinin tətbiq olunmasını təklif edir
Sputnik Azərbaycan
Bu ölkədə fiziki şəxsin bütün obyektlərinin dəyəri 130 min şərti maliyyə vahidindən çox olarsa, yüksək vergi dərəcələrinin müəyyən edilməsi təklif olunur. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T21:59+0400
2023-10-27T21:59+0400
2023-10-27T21:59+0400
astana
dünya xəbərləri
maliyyə
təngə
qazaxıstan
aktiv
nazir
https://cdnn1.img.sputnik.az/img/40626/65/406266550_0:137:3152:1910_1920x0_80_0_0_c24805fde9d7d0f688c17a0855b604d2.jpg
BAKI, 27 oktyabr — Sputnik. Qazaxıstanda aktivləri 480 milyon tengedən (1 milyon dollardan çox) çox olan vətəndaşlar üçün lüks vergisinin tətbiq edilməsi təklif edilir. Sputnik Qazaxıstan xəbər verir ki, bu təklifi respublika Senatında keçirilən brifinqdə Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantırov səsləndirib. Nazir hesab edir ki, illik maaşı 40 milyon tengedən (84,4 min dollar) yuxarı olan vətəndaşlar da daha çox ödəniş etməlidirlər.Həmçinin kreditlə alınan əmlak da lüks vergiyə cəlb olunacaq. Kuantarov bildirib ki, fiziki şəxsin bütün obyektlərinin dəyəri ölkədəki şərti maliyyə vahidindən 130 min dəfə çox olarsa, yüksək vergi dərəcələrinin müəyyən edilməsi təklif olunur. Qeyd edək ki, 2024-cü ildə Qazaxıstanda şərti maliyyə vahidi (Qazaxıstanda pensiya, müavinət və digər sosial ödənişlərin hesablanması üçün istifadə olunan aylıq hesablama göstəricisi – red.) 3692 təngə (təxminən 8 dollar) təşkil edəcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40626/65/406266550_211:0:2942:2048_1920x0_80_0_0_86cef8d8cd25da493a6db8252da4c6d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
astana, maliyyə, təngə, qazaxıstan, aktiv, nazir
astana, maliyyə, təngə, qazaxıstan, aktiv, nazir
Qazaxıstanlı “Qaçaq Nəbi”: nazir ölkədə lüks vergisinin tətbiq olunmasını təklif edir
Bu ölkədə fiziki şəxsin bütün obyektlərinin dəyəri 130 min şərti maliyyə vahidindən çox olarsa, yüksək vergi dərəcələrinin müəyyən edilməsi təklif olunur.
BAKI, 27 oktyabr — Sputnik. Qazaxıstanda aktivləri 480 milyon tengedən (1 milyon dollardan çox) çox olan vətəndaşlar üçün lüks vergisinin tətbiq edilməsi təklif edilir. Sputnik Qazaxıstan xəbər verir ki, bu təklifi respublika Senatında keçirilən brifinqdə Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantırov səsləndirib.
Nazir hesab edir ki, illik maaşı 40 milyon tengedən (84,4 min dollar) yuxarı olan vətəndaşlar da daha çox ödəniş etməlidirlər.
Həmçinin kreditlə alınan əmlak da lüks vergiyə cəlb olunacaq.
Kuantarov bildirib ki, fiziki şəxsin bütün obyektlərinin dəyəri ölkədəki şərti maliyyə vahidindən 130 min dəfə çox olarsa, yüksək vergi dərəcələrinin müəyyən edilməsi təklif olunur.
Qeyd edək ki, 2024-cü ildə Qazaxıstanda şərti maliyyə vahidi (Qazaxıstanda pensiya, müavinət və digər sosial ödənişlərin hesablanması üçün istifadə olunan aylıq hesablama göstəricisi – red.) 3692 təngə (təxminən 8 dollar) təşkil edəcək.
"İnsanın necə əldə etməsi, borc götürməsi və ya kredit götürməsinin əhəmiyyəti yoxdur. Əsas odur ki, o, bu və ya digər daşınar və ya daşınmaz əmlakın qeydiyyat rüsumunu ödəsin. Məsələn, əgər bir adam 200 min dollarlıq maşın alırsa və bunun üçün qismən krediti götürürsə, zəhmət şəksin, lüks vergisini ödəsin", - nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.