Orta tibb və ya əczaçılıq təhsili olanların attestasiyası keçiriləcək
© Sputnik / Murad OrujovAptekdə əczaçı
Abunə olmaq
Sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək səlahiyyəti nazirliyə verildi.
BAKI, 27 oktyabr — Sputnik. Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətləri və vəzifələri artırılıb. Sputnik Azərbaycan-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirmək, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin etmək nazirliyin fəaliyyət istiqamətinə daxil edilib. Xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək isə Nazirliyin vəzifəsi olacaq.
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin reyestri aparılacaq
Eyni zamanda - təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını və ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını təsdiq etmək;
səhiyyə sistemi infrastrukturunun təşkili ilə bağlı planlaşdırmanı və proqnozlaşdırmanı aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;
tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyənin təşkili üçün mütərəqqi forma və metodların tətbiqi məqsədilə araşdırmalar aparmaq və sınaqlar keçirmək, səhiyyə sahəsində müxtəlif maliyyələşmə modellərinin effektivliyinin təhlilini həyata keçirmək;
müvafiq sahədə əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər görmək və bu tədbirlərin icrasının effektivliyinə nəzarəti təmin etmək;
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq;
ali və orta ixtisas tibb təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə qəbul barədə təkliflər vermək;”.
səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatlar aparılması, tibb müəssisələrinin maliyyələşməsi və xərclərinin idarə edilməsi məqsədilə mütərəqqi və effektiv beynəlxalq təcrübənin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək;
Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparmaq da nazirliyin vəzifələri sırasında olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.