https://sputnik.az/20231027/gelen-ilin-dovlet-budcesi-niye-az-artacaq-ekspertler-sebebi-aciqladilar-459986326.html
Gələn ilin dövlət büdcəsi niyə az artacaq? Ekspertlər səbəbi açıqladılar
Gələn ilin dövlət büdcəsi niyə az artacaq? Ekspertlər səbəbi açıqladılar
Sputnik Azərbaycan
Deputat deyir ki, gələn ilin büdcə gəlirlərində artım daha çox fiskal dayanıqlıq və qeyri-neft sektorundan vəsaitlərin cəlb edilməsi hesabına baş verəcək. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T09:30+0400
2023-10-27T09:30+0400
2023-10-27T09:30+0400
dövlət büdcəsi
iqtisadiyyat
büdcə
büdcə zərfi
büdcə layihəsi
vüqar bayramov
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 27 oktyabr — Sputnik. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib. Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanın 2023-cü il dövlət büdcəsinə yenidən baxılaraq gəlir və xərclər artırılıb. Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manatdan 33,8 milyard manata, xərcləri 33,3 milyard manatdan 36,6 milyard manata qaldırılıb. Rəqəmlərdən göründüyü kimi, gələn ilin dövlət büdcəsinin bu ilin büdcəsilə müqayisədə həcm baxımından az artacağı gözlənilir. Cari ilin dövlət büdcəsi ilə müqayisədə növbəti ilin dövlət büdcəsi nəyə görə az artacaq? "Büdcə gəlirlərində qeyri-neft sektorunun payı artacaq" Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, 2024-cü ildə büdcədə fiskal dayanıqlığın qorunub saxlanılması daha prioritet olacaq: "Nəticədə 2024-cü ildən sonrakı illərdə biz büdcə gəlirlərində qeyri-neft sektorunun payının artmasını və hətta neft sektorundan daha çox olmasını müşahidə edəcəyik. Bu isə fiskal dayanıqlıq baxımından çox vacibdir". "Gələn ilki büdcənin əsas xərclərində artım var" Deputat diqqətə çatdırıb ki, gələn ilki büdcənin əsas xərclərində, o cümlədən sosial müdafiə və sosial təminat, təhsil və digər xərclərdə artımlar var: "2024-cü ildə büdcə gəlirlərinin 2023-cü illə müqayisədə kəskin dəyişməməsi heç də büdcə xərcləmələrinə təsir göstərməyəcək. Əksinə, biz prioritet istiqamətlər üzrə xərclərin məbləğinin 2023-cü illə müqayisədə artacağını müşahidə edəcəyik və artıq proqnozlar da bunu təsdiq edir" -, deyə deputat əlavə edib. "Gələn il də dövlət büdcəsinə yenidən baxıla bilər" İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, dövlət büdcəsində xərcin artırılması hələ uğur meyarı deyil, lakin gəlirin artırılması uğurdur: "Bu gəlirlərin də Dövlət Neft Fondundan transfertlərin artırılması hesabına yox, qeyri-neft sektoru hesabına artırılması uğur meyarı ola bilər. Başqa sözlə, büdcə gəlirlərinin qeyri-neft sektoru hesabına artması uğurlu addımdır". Onun sözlərinə görə, gələn il də dövlət büdcəsinə yenidən baxıla bilər, necə ki, bu il 2023-cü ilin büdcəsinə yenidən baxılıb: "Digər tərəfdən, Milli Məclisdə müzakirələrdən sonra büdcədə müəyyən artım və dəqiqləşdirmə ola bilər". "Büdcənin neft gəlirlərindən asılılığı yüksəkdir" Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, büdcənin neft gəlirlərindən asılılığı yüksəkdir və indi bu asılılığı aradan qaldırmaq istəyirlər: Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisə daxil olub. Əhalinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dövlət büdcəsi ilə bağlı məlumatlara əlçatanlığının təmin olunması, habelə parlamentin fəaliyyətində ictimai iştirakçılığın artırılması məqsədilə müvafiq qanun layihəsi parlament müzakirələrindən əvvəl Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilib. Sosial müdafiə və sosial təminat xərcləri artırılır Xatırladaq ki, gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri 6 faiz artırılır. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 6,4 milyard manat proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 6 faiz çoxdur. Azərbaycanın gələn il sosial müdafiə və sosial təminat xərcləri 4,5 milyard manat olacaq ki, bu, 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. 2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,8 milyard manatı vəsait ayrılacaq ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 faiz azdır.
https://sputnik.az/20230619/prezident-2023-cu-il-dovlet-budcesi-haqqinda-qanunu-tesdiqleyib-456057270.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dövlət büdcəsi, büdcə, büdcə zərfi, büdcə layihəsi, vüqar bayramov
dövlət büdcəsi, büdcə, büdcə zərfi, büdcə layihəsi, vüqar bayramov
Gələn ilin dövlət büdcəsi niyə az artacaq? Ekspertlər səbəbi açıqladılar
Deputat deyir ki, gələn ilin büdcə gəlirlərində artım daha çox fiskal dayanıqlıq və qeyri-neft sektorundan vəsaitlərin cəlb edilməsi hesabına baş verəcək.
BAKI, 27 oktyabr — Sputnik. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib.
Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanın 2023-cü il dövlət büdcəsinə yenidən baxılaraq gəlir və xərclər artırılıb. Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manatdan 33,8 milyard manata, xərcləri 33,3 milyard manatdan 36,6 milyard manata qaldırılıb.
Rəqəmlərdən göründüyü kimi, gələn ilin dövlət büdcəsinin bu ilin büdcəsilə müqayisədə həcm baxımından az artacağı gözlənilir. Cari ilin dövlət büdcəsi ilə müqayisədə növbəti ilin dövlət büdcəsi nəyə görə az artacaq?
"Büdcə gəlirlərində qeyri-neft sektorunun payı artacaq"
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, 2024-cü ildə büdcədə fiskal dayanıqlığın qorunub saxlanılması daha prioritet olacaq:
"Nəticədə 2024-cü ildən sonrakı illərdə biz büdcə gəlirlərində qeyri-neft sektorunun payının artmasını və hətta neft sektorundan daha çox olmasını müşahidə edəcəyik. Bu isə fiskal dayanıqlıq baxımından çox vacibdir".
"Gələn ilki büdcənin əsas xərclərində artım var"
Deputat diqqətə çatdırıb ki, gələn ilki büdcənin əsas xərclərində, o cümlədən sosial müdafiə və sosial təminat, təhsil və digər xərclərdə artımlar var:
"Gələn ilin büdcə gəlirlərində artım daha çox fiskal dayanıqlıq və qeyri-neft sektorundan vəsaitlərin cəlb edilməsi hesabına baş verəcək. Ona görə də praktiki olaraq büdcə siyastinin büdcə qaydalarına uyğun olaraq təkmilləşməsi və xüsusən də qeyri-neft sektorunun payının artması müşahidə olunur".
"2024-cü ildə büdcə gəlirlərinin 2023-cü illə müqayisədə kəskin dəyişməməsi heç də büdcə xərcləmələrinə təsir göstərməyəcək. Əksinə, biz prioritet istiqamətlər üzrə xərclərin məbləğinin 2023-cü illə müqayisədə artacağını müşahidə edəcəyik və artıq proqnozlar da bunu təsdiq edir" -, deyə deputat əlavə edib.
"Gələn il də dövlət büdcəsinə yenidən baxıla bilər"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, dövlət büdcəsində xərcin artırılması hələ uğur meyarı deyil, lakin gəlirin artırılması uğurdur: "Bu gəlirlərin də Dövlət Neft Fondundan transfertlərin artırılması hesabına yox, qeyri-neft sektoru hesabına artırılması uğur meyarı ola bilər. Başqa sözlə, büdcə gəlirlərinin qeyri-neft sektoru hesabına artması uğurlu addımdır".
Onun sözlərinə görə, gələn il də dövlət büdcəsinə yenidən baxıla bilər, necə ki, bu il 2023-cü ilin büdcəsinə yenidən baxılıb: "Digər tərəfdən, Milli Məclisdə müzakirələrdən sonra büdcədə müəyyən artım və dəqiqləşdirmə ola bilər".
"Büdcənin neft gəlirlərindən asılılığı yüksəkdir"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, büdcənin neft gəlirlərindən asılılığı yüksəkdir və indi bu asılılığı aradan qaldırmaq istəyirlər:
"Hər il büdcə gəlirlərində qeyri-neft sektorunun payı artır. Növbəti ilin dövlət büdcəsində artımın az olacağı normaldır, çünki büdcənin neft gəlirlərindən asılılığını aradan qaldırmaq istəyirik. Digər tərəfdən, büdcə xərcləri artdıqca qiymətlər də yüksəlir və ona görə də inflyasiyanı cilovlamaq istəyirik. Bütün bunlara baxmayaraq gələn il büdcəyə yenidən baxıla da bilər".
Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisə daxil olub.
Əhalinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dövlət büdcəsi ilə bağlı məlumatlara əlçatanlığının təmin olunması, habelə parlamentin fəaliyyətində ictimai iştirakçılığın artırılması məqsədilə müvafiq qanun layihəsi parlament müzakirələrindən əvvəl Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilib.
Sosial müdafiə və sosial təminat xərcləri artırılır
Xatırladaq ki, gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri 6 faiz artırılır. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 6,4 milyard manat proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 6 faiz çoxdur.
Azərbaycanın gələn il sosial müdafiə və sosial təminat xərcləri 4,5 milyard manat olacaq ki, bu, 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur.
2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,8 milyard manatı vəsait ayrılacaq ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 faiz azdır.