https://sputnik.az/20231027/ermenistanda-bas-vermis-terror-akti-tekrarlana-biler---simonyan-460024407.html
Ermənistanda baş vermiş terror aktı təkrarlana bilər - Simonyan
Ermənistanda baş vermiş terror aktı təkrarlana bilər - Simonyan
Sputnik Azərbaycan
Spiker deyib ki, 24 il əvvəl baş vermiş cinayətdə iştirak edənlər və onların motivləri bəllidir, təkcə cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T18:39+0400
2023-10-27T18:39+0400
2023-10-27T18:39+0400
alen simonyan
dünya xəbərləri
yollar açılsın
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437033174_0:19:1600:919_1920x0_80_0_0_46af1323f26039bd7b4555428d993764.jpg
BAKI, 27 oktyabr — Sputnik. 1999-cu ildə baş vermiş terror aktı təkrarlana bilər. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Simonyan jurnalistlərə açıqlamasında deyib ki, 1999-cu ildəki terror aktı ərəfəsində baş verən hadisələr hazırda baş verən proseslərdən nisbətən az əhəmiyyətli idi. Spiker deyib ki, 24 il əvvəl baş vermiş cinayətdə iştirak edənlər və onların motivləri bəllidir, təkcə cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır. O deyib ki, Ermənistan regionun ticari-iqtisadi əlaqələrindən kənarda qala bilməz:Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup şəxs parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb. Parlamentə hücum edənlərin məhkəməsi 2001-ci ilin fevralında başlayıb, 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib. Hadisənin əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437033174_164:0:1588:1068_1920x0_80_0_0_c8307694e26eeee679a34abed7ea3a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
alen simonyan , yollar açılsın
alen simonyan , yollar açılsın
Ermənistanda baş vermiş terror aktı təkrarlana bilər - Simonyan
Spiker deyib ki, 24 il əvvəl baş vermiş cinayətdə iştirak edənlər və onların motivləri bəllidir, təkcə cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır.
BAKI, 27 oktyabr — Sputnik. 1999-cu ildə baş vermiş terror aktı təkrarlana bilər. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Simonyan jurnalistlərə açıqlamasında deyib ki, 1999-cu ildəki terror aktı ərəfəsində baş verən hadisələr hazırda baş verən proseslərdən nisbətən az əhəmiyyətli idi.
Spiker deyib ki, 24 il əvvəl baş vermiş cinayətdə iştirak edənlər və onların motivləri bəllidir, təkcə cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır.
O deyib ki, Ermənistan regionun ticari-iqtisadi əlaqələrindən kənarda qala bilməz:
"Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır, çünki yalnız bundan sonra Ermənistan iqtisadiyyatı iki-üç dəfə artacaq, sülh şəraiti hökm sürəcək. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bölmələrindən biri ölkə ərazisindən keçən beynəlxalq kommunikasiya vasitələrinə nəzarət edəcək".
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup şəxs parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb. Parlamentə hücum edənlərin məhkəməsi 2001-ci ilin fevralında başlayıb, 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.
Hadisənin əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.