SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan sülhü sabotaj edir - Qərbin çaldığı havaya oynamağa məhkumdurlar

© AP Photo / Luca BrunoAzərbaycan bayrağı, arxiv şəkli
Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın oktyabrın sonuna nəzərdə tutulmuş görüşlə bağlı verdiyi açıqlama mövcud vəziyyətin necə olmasını izah edir.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə planlaşdırılan görüşü baş tutmayacaq.
Ermənistan XİN rəhbəri bildirib ki, Brüssel görüşündən Azərbaycan tərəfi imtina edib. Azərbaycan XİN-in Ararat Mirzoyana cavabı gecikməyib.
Azərbaycan XİN-dən bildirilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub. Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur.
Xatırladaq ki, bundan əvvəl İspaniyanın Qranada şəhərində liderlərin görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan həmin görüşdə iştirakdan imtina etmişdi.
Avropa məkanında keçirilməsi nəzərdə tutulmuş görüşlərin baş tutmaması Azərbaycan üçün bu platformanın aktuallığını itirməsi məsələsini önə çıxarır.
Bəs Azərbaycan Ermənistanla sülh danışıqlarında Avropa platformasından imtina edəcəkmi?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıb.
© SputnikArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Arzu Nağıyev
Həm Almaniya, həm də Fransa Cənubi Qafqaz regionunda nüfuzlarını bərpa etməyə çalışır
Millət vəkili Arzu Nağıyev bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın oktyabrın sonuna nəzərdə tutulmuş görüşlə bağlı verdiyi açıqlama mövcud vəziyyətin necə olmasını izah edir:
"Klaar bildirir ki, görüşdə sülh sazişinin imzalanması ilə yanaşı ermənilərin Qarabağa qaytarılması nəzərdə tutulurdu. Bu görüşdən öncə də, Qranadada həm Almaniya, həm də Fransa ciddi cəhdlə Cənubi Qafqaz regionunda nüfuzlarını bərpa etməyə, sülh sazişinin imzalanmasında məhz özlərinin iştirakını təmin etməyə çalışırdılar. Ancaq bu baş tutan məsələ deyil. Çünki bu Azərbaycan və Ermənistan arasında olan məsələdir".
Rusiya və Türkiyəni sülh prosesindən təcrid etməyə çalışırlar
Millət vəkili qeyd edir ki, regiondan min kilometrlərlə uzaqda yerləşən hansısa dövlətlər öz nüfuzları üçün siyasi gedişlər edir və çalışırlar ki, Rusiya və Türkiyəni bu prosesdən təcrid etsinlər. Paşinyan Bişkek görüşündə iştirakdan yayındı.

"Ermənistan və Rusiya arasında problemlər bu ölkəyə sülh danışıqlarından yayınmağa əsas verməməlidir", - deyə deputat bildirir.

Azərbaycan həmin siyasi dairələrin planlarını pozur
"Ermənistan çox ciddi şəkildə çalışır ki, proses Avropanın patronajlığı altında davam etsin. Amma proses bu cür davam etdirilə bilməz. Sülh prosesinin iki tərəfi var: Azərbaycan və Ermənistan. Hansısa xarici güclərin bu prosesi ora-bura sürükləməsinə imkan verilməməlidir. Azərbaycan həmin siyasi dairələrin planlarını pozur. Regionda söz sahibi olmaq istəyən qüvvələrə diktə yolu ilə bizimlə danışımağa imkan verilmir. Ermənistan Qərbin çaldığı hər havaya oynamağa məhkumdur. Sözdə müstəqil olan bu ölkənin siyasi müstəqilliyi və sülh prosesini aparacaq iradəsi yoxdur", - deyə millət vəkili vurğulayıb.
Politoloq Tofiq Abbasov isə qeyd edir ki, Azərbaycan danışıqlarda danışıqlar xatirinə iştirak etmir:
"Hətta bədnam Minsk Qrupu vaxtından Bakının belə bir sloqanı var idi ki, danışıqları vaxt ötürmək üçün keçiririksə, buna lüzum görmürük. Ona görə də Prezident İlham Əliyev dedi ki, gəlin sülh ətrafında danışaq. Ermənistanın əvvəlki və indki rəhbərlikləri isə bu çağırışlara məhəl qoymadı və nəticəsi indi hamıya məlumdur".
© Sputnik / Murad Orujov Tofiq Abbasov
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Tofiq Abbasov
Qərb mətbuatında Azərbaycan əleyhinə yazılan əsasız yazılar da bu məqsədə xidmət edir
Politoloq hesab edir ki, indiki halda da Ermənistan başqa bir sabotaj taktikasını tətbiq edir:
"Bu taktika ondan ibarətdir ki, regiona kənar qüvvələr gətirilir. Həmin qüvvələr xoş niyyətlərlə gəlmirlər. Onlar sülhpərvər niyyətləri burada gücləndirmək fikrində deyillər. Əksinə onlar çalışırlar ki, bölgədə müharibə və qarşıdurma əhval-ruhiyyəsini qoruyub saxlasınlar. Bununla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Qərb mətbuatında Azərbaycan əleyhinə yazılan əsasız yazılar da bu məqsədə xidmət edir".
Azərbaycan sülh prosesindən yayınmır, sadəcə təxribatyönlü danışıqlara qatılmaq istəmir
T. Abbasov bildirir ki, Azərbaycan 44 günlük müharibədən sonra dərhal sülh gündəliyini elan etdi:

"Regional əməkdaşlıq üçün "3+3" formatını təklif etdik. Ancaq Ermənistan öz siyasi iradəsini yox, Qərbdəki patronlarının yanaşmasını irəli sürür və rəsmi Bakının başının altına yastıq qoymağa çalışır. Bu prosesə Fransa, Almaniya və Qərbin digər ölkələri qarışdıqca prosesin ətrafındakı duman daha da qatılaşır. Azərbaycan sülh prosesindən yayınmır, sadəcə təxribatyönlü danışıqlara qatılmaq istəmir".

"Biz özümüzü aldatmaq istəmirik. Ermənistanın sülhə niyyəti olarsa, burada heç bir vasitəçiyə də ehtiyac olmaz. Ermənistan özündə güc tapıb desə ki, gəlin üzbəüz oturub danışaq, Azərbaycan buna hazırdır. Ən pis halda Brüssel formatı bizim üçün yararlıdır, biz ondan yayınmırıq. Amma kənar qüvvələrin ora gəlməsi, bütün prosesləri alt-üst etməsi bizə lazım deyil. Bütün bunlar əsas məqsəddən fikri yayındırır", - deyə politoloq qeyd edib.
T.Abbasov Paşinyanın "yaxın zamanda sülh müqaviləsi imzalana bilər" açıqlamasına isə belə münasibət bildirib:

"Hazırda sülh müqaviləsi üçün perspektivləri görmürəm. Paşinyanın yalançı bəyanatları bu prosesi irəli aparmaq çətindir. Sülh müqaviləsi üçün gərək iştirakçı tərəflər əməli hazırlığını göstərsinlər. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan heç bir şey etməyib, əlini ağdan qaraya vurmayıb. Biz sülhə hazırlığı Ermənistanda görmürük".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0