DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Qərbi İsraili dəstəkləməklə beynəlxalq hüququ pozmaqda ittiham edib

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Türkiyə prezident qeyd edib ki, Qərb liderləri "özlərinə uyğun olduqda" qaydalara əməl edirlər.
BAKI, 27 oktyabr — Sputnik. Qərb dövlətləri İsraili qeyd-şərtsiz dəstəklədikdə beynəlxalq hüququn prinsiplərini pozurlar.
Bu barədə "TASS" xəbər agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiklərinə istinadən xəbər verib.
Agentlik qeyd edib ki, Türkiyə prezidenti Qərbin İsrail ordusunun Qəzza zolağına etdiyi bütün hücumları dəstəklədiyini vurğulayıb, həmçinin o, Ümumdünya İnsan Hüquqları Bəyannaməsini də xatırladıb.
Ərdoğanın sözlərinə görə, Qərb liderləri "özlərinə uyğun olduqda" qaydalara əməl edirlər.
"Yardım gəmisi əvəzinə təyyarədaşıyan gəmi göndərməklə, hansı lobbiyə xidmət etdiklərini göstərdilər. Buna ikiüzlülük deyilir", - deyə Türkiyə prezident qeyd edib.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin və Ərdoğan Qəzza zolağının yaşayış məntəqələrinə endirilən zərbələrin qəbuledilməz olduğunu bəyan ediblər.
Putin həmçinin oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının hücumu zamanı yaxınları həlak olan və yaralanan israillilərin ailələrinə və digər ölkə vətəndaşlarına başsağlığı verib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Xəbər lenti
0