Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun filmi dünyaca məşhur festivalda iştirak edəcək

© AP Photo / Julio Cortezkinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Filmin rejissoru və ssenari müəllifi Rufat Ray, təsvir rejissoru Nadir Mehdidiyev, quruluşçu rəssamları Rafiq Nəsirovla Arif Niftiyev, bəstəkarı Elmir Mirzəyevdir. Filmdə Pərviz Məmmədrzayev və Şamil Süleymanlı çəkiliblər.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Quyu" qısametrajlı bədii filmi 7-12 noyabr 2023-cü il tarixlərində Almaniyada keçiriləcək 33-cü Kottbus Beynəlxalq Film Festivalında iştirak edəcək. "Quyu" festivalın EcoEast bölməsinə qəbul olunub.
Filmin prodüserləri Fariz Əhmədov, İradə Bağırzadə, Müşfiq Hətəmov və Cəmil Quliyev, rejissoru və ssenari müəllifi Rufat Ray, təsvir rejissoru Nadir Mehdidiyev, quruluşçu rəssamları Rafiq Nəsirovla Arif Niftiyev, bəstəkarı Elmir Mirzəyevdir. Filmdə Pərviz Məmmədrzayev və Şamil Süleymanlı çəkiliblər.
Çəkilişləri əsasən Lokbatan qəsəbəsi və İsmayıllı rayonunda baş tutan film insan və yaradılış fəlsəfəsini özündə əks etdirir. İnsan həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq varlığın mənbəyi və əsası olan su axtarışındadır. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamamən fərqli və gözlənilməyən istiqamətdə dəyişir.
Qeyd edək ki, "Quyu" filmi Kottbus festivalında dünya premyerasını həyata keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0