https://sputnik.az/20231027/azerbaycanda-oten-il-iki-minden-cox-qadinda-sud-vezisi-xercengi-askar-edilib-460000809.html
Azərbaycanda ötən il iki mindən çox qadında süd vəzisi xərçəngi aşkar edilib
Azərbaycanda ötən il iki mindən çox qadında süd vəzisi xərçəngi aşkar edilib
Sputnik Azərbaycan
Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T23:14+0400
2023-10-27T23:14+0400
2023-10-27T23:14+0400
azərbaycan
səhiyyə
süd vəzi
xərçəng
https://cdnn1.img.sputnik.az/img/42162/20/421622034_0:0:2000:1125_1920x0_80_0_0_70d33adb98952fb2216acffd276e7dab.jpg
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib. Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik. APA-nın xəbərinə görə, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva deyib. O bildirib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir: "Diaqnozu təsdiq edilən xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır". O qeyd edib ki, rayonlarda maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzilərinə göndərilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42162/20/421622034_0:0:2000:1501_1920x0_80_0_0_f21907b4be390667c5a840d29968f026.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, süd vəzi, xərçəng
azərbaycan, süd vəzi, xərçəng
Azərbaycanda ötən il iki mindən çox qadında süd vəzisi xərçəngi aşkar edilib
Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib. Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik.
APA-nın xəbərinə görə, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva deyib. O bildirib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir:
"Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir".
"Diaqnozu təsdiq edilən xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır".
O qeyd edib ki, rayonlarda maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzilərinə göndərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.