CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan geoloji axtarışla bağlı Türkiyə təcrübəsini öyrənə bilər

© AzergoldKəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri
Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Qardaş ölkənin aidiyyəti dövlət qurumları ilə üçtərəfli görüşlər təşkil edilir.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan hökuməti geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır.
"Report"un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov eyib.
O bildirib ki, Bakıda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu barədə danışan sədr müavini deyib ki, məqsəd ölkəmizin dağ-mədən sənayesinin potensialını beynəlxalq arenaya çatdırmaq, kommunikasiyalar qurmaq, qarşılıqlı məlumat mübadiləsini təşkil etməkdir:

"Forum çərçivəsində 30-a yaxın ölkədən 62 mütəxəssisin həm çıxışları, həm də sessiyalarda təqdimatları olacaq. Sessiyalarda əsas məqsəd yeni metodologiyanın öyrənilməsi, hesabatlılığın təşkil edilməsidir. Paralel olaraq Türkiyənin aidiyyəti dövlət qurumları ilə üçtərəfli görüşlər təşkil edirik. Onlarla qarşlıqlı məlumat mübadiləsi və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılır".

"Türkiyədən əsasən mövcud qanunvericiliyin tətbiqinin hansı formada aparılmasını öyrənmək istəyirik. İcazələrin verilməsi, dövlət nəzarətinin hansı formada təşkil olunması ilə bağlı məlumat mübadiləsi, həmçinin bizim Mədən Axtarış Baş İdarəsi ilə Geoloji Kəşfiyyat Agentliyinin qarşlıqlı əlaqələrinin qurulması, geoloji axtarış-qiymətləndirmə işlərində Türkiyə təcrübəsinin öyrənilməsi hədəflənir", - deyə E.Məcidov əlavə edib.
Xatırladaq ki, bu gün Beynəlxalq Geologiya-Mədənçilik Forumunun III və IV sessiyaları keçirilir. Sessiyalarda geologiya və dağ-mədən sənayesində qabaqcıq metod və texnologiyaların tətbiqi, geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri ilə bağlı yerli və xarici mütəxəssislər çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0