https://sputnik.az/20231027/ankara-liderleri-felestine-destek-aksiyasina-devet-etdi-460002284.html
Ankara liderləri Fələstinə dəstək aksiyasına dəvət etdi
Ankara liderləri Fələstinə dəstək aksiyasına dəvət etdi
Sputnik Azərbaycan
Mitinqdə media, idman, incəsənət, biznes, Fələstin diasporunun bir çox nüfuzlu nümayəndələrinin iştirak edəcəyi bildirilir. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T11:55+0400
2023-10-27T11:55+0400
2023-10-27T11:55+0400
qəzza
dünya xəbərləri
səudiyyə ərəbistanı
bmt
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930377_0:160:3072:1888_1920x0_80_0_0_08961daa0f732d29444b1971f31af140.jpg
BAKI, 27 oktyabr — Sputnik. Ankara Səudiyyə Ərəbistanı, Misir, Liviya, Livan və İordaniya liderlərinə İstanbulda Fələstinə dəstək aksiyasında iştirak etmək üçün dəvət göndərib. Bu barədə "Sabah" qəzeti mənbələrə istinadən xəbər verir. Mitinqdə media, idman, incəsənət, biznes, Fələstin diasporunun bir çox nüfuzlu nümayəndələrinin iştirak edəcəyi bildirilir. Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin girov götürüblər. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,4 mindən çox insan, o cümlədən 300 hərbçi həlak olub, 5 mindən çoxu yaralanıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan etdi: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırıldı. Qəzza zolağında qurbanların sayı, yerli Səhiyyə Nazirliyinin məlumatına görə, 7 mini keçib, 18 mindən çox yaralı var. Müxtəlif mənbələrə görə, 200-dən çox israilli HƏMAS-ın əsirliyindədir. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin Yaxın Şərq böhranının həllinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkün olduğunu bildirib. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930377_171:0:2902:2048_1920x0_80_0_0_941da1d7141376208ca2430a71b70f6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəzza, səudiyyə ərəbistanı, bmt
qəzza, səudiyyə ərəbistanı, bmt
Ankara liderləri Fələstinə dəstək aksiyasına dəvət etdi
Mitinqdə media, idman, incəsənət, biznes, Fələstin diasporunun bir çox nüfuzlu nümayəndələrinin iştirak edəcəyi bildirilir.
BAKI, 27 oktyabr — Sputnik. Ankara Səudiyyə Ərəbistanı, Misir, Liviya, Livan və İordaniya liderlərinə İstanbulda Fələstinə dəstək aksiyasında iştirak etmək üçün dəvət göndərib. Bu barədə "Sabah" qəzeti mənbələrə istinadən xəbər verir.
"İsrailin vəhşiliklərinə diqqət çəkmək və Fələstini dəstəkləmək üçün keçirilən böyük mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğanla yanaşı, digər dövlətlərin başçılarının da iştirakı gözlənilir. Məlum olub ki, tədbirə xarici dövlət başçıları ilə yanaşı, ruhani liderlər də dəvət olunub", - məlumatda bildirilir.
Mitinqdə media, idman, incəsənət, biznes, Fələstin diasporunun bir çox nüfuzlu nümayəndələrinin iştirak edəcəyi bildirilir.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin girov götürüblər. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,4 mindən çox insan, o cümlədən 300 hərbçi həlak olub, 5 mindən çoxu yaralanıb.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan etdi: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırıldı.
Qəzza zolağında qurbanların sayı, yerli Səhiyyə Nazirliyinin məlumatına görə, 7 mini keçib, 18 mindən çox yaralı var. Müxtəlif mənbələrə görə, 200-dən çox israilli HƏMAS-ın əsirliyindədir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin Yaxın Şərq böhranının həllinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkün olduğunu bildirib.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.