CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edilib - DİN

© AR Ministry of Internal AffairsDaxili işlər naziri general-polkovnik Vilayət Eyvazov
Daxili işlər naziri general-polkovnik Vilayət  Eyvazov  - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Energetika naziri deyib ki, 1000 MVt gücündə günəş və külək enerjisi layihələrinin icrasına dair investisiya müqavilələrinin imzalanması göstərir ki, ölkəmizin “yaşıl enerji” və “yaşıl investisiya” planları uğurla reallığa çevrilir.
BAKI, 27 oktyabr — Sputnik. "Xankəndi Polis Şöbəsi yaradılıb, Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edilib". Report xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.
Nazir oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0