https://sputnik.az/20231026/turkiyede-dollar-bahalasib---diqqetler-merkezi-bankin-faiz-qerarina-yonelib-459970448.html
Türkiyədə dollar bahalaşıb - Diqqətlər Mərkəzi Bankın faiz qərarına yönəlib
Türkiyədə dollar bahalaşıb - Diqqətlər Mərkəzi Bankın faiz qərarına yönəlib
Sputnik Azərbaycan
Dolların məzənnəsində sentyabr ayının əvvəlindən davam edən gündəlik məhdud yüksəliş bu gün də davam edib. Məzənnə günə yeni rekordla - 28.15 lirədən başlayıb. 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T13:35+0400
2023-10-26T13:35+0400
2023-10-26T13:37+0400
dünya xəbərləri
dollar
lirə
türk lirəsi
türkiyə
mərkəzi bank
uçot dərəcəsi
maliyyə naziri
faiz
faiz artımı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_0:49:3072:1777_1920x0_80_0_0_8254338819d70eb3734ac5ad534780aa.jpg
BAKI, 26 oktyabr — Sputnik. Türkiyədə dolların məzənnəsi yenidən rekord vurub. Bu gün səhər saatlarında dolların məzənnəsi günə 28.15 lirədən başlayıb. Lirə ilin əvvəlindən bu yana dollar qarşısında 33,5 faiz dəyər itirib. Sputnik Azərbaycan Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, inflyasiyanı azaltmağa qərarlı olduğu mesajını verən Türkiyənin Mərkəzi Bankının (TCMB) mərhələli faiz artımlarına davam edəcəyi və uçot dərəcəsini 5 faiz artıraraq 35 faizə qaldıracağı gözlənilir. Faiz artımı ilə yanaşı, bazarlar önümüzdəki dövrdə sərtləşmənin nə qədər sürətlə davam edəcəyinə dair mesajları da izləyəcək. Dolların məzənnəsində sentyabr ayının əvvəlindən davam edən gündəlik məhdud yüksəliş bu gün də davam edib. Məzənnə günə yeni rekordla - 28.15 lirədən başlayıb. Dünən İstanbul birjasının fəaliyyəti bir müddət dayandırılıb. Bu, birjanın əsas indeksi olan BIST100 indeksinin 5 faiz ucuzlaşmasından sonra baş verib. Ucuzlaşmanın əsas səbəbi kimi ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatları göstərirlər. Ərdoğanın dünənki açıqlamasına qədər analitiklər Yaxın Şərqdəki gərginliyin Türkiyə iqtisadiyyatına çox məhdud təsir göstərəcəyini gözləyirdilər. Ərdoğanın açıqlamalarından sonra Türkiyənin İsrail, ABŞ və Qərb dövlətləri ilə əlaqələri daha yaxından izlənilməyə başlayıb. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib. Avqust ayında TCMB uçot dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb. İqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizi 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub. Bundan sonra dollar/Türk Lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb. TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_341:0:3072:2048_1920x0_80_0_0_64948ce5424e28ef924f14f6cfead4db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, lirə, türk lirəsi, türkiyə, mərkəzi bank, uçot dərəcəsi, maliyyə naziri, faiz, faiz artımı
dollar, lirə, türk lirəsi, türkiyə, mərkəzi bank, uçot dərəcəsi, maliyyə naziri, faiz, faiz artımı
Türkiyədə dollar bahalaşıb - Diqqətlər Mərkəzi Bankın faiz qərarına yönəlib
13:35 26.10.2023 (Yenilənib: 13:37 26.10.2023) Dolların məzənnəsində sentyabr ayının əvvəlindən davam edən gündəlik məhdud yüksəliş bu gün də davam edib. Məzənnə günə yeni rekordla - 28.15 lirədən başlayıb.
BAKI, 26 oktyabr — Sputnik. Türkiyədə dolların məzənnəsi yenidən rekord vurub. Bu gün səhər saatlarında dolların məzənnəsi günə 28.15 lirədən başlayıb. Lirə ilin əvvəlindən bu yana dollar qarşısında 33,5 faiz dəyər itirib.
Sputnik Azərbaycan Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, inflyasiyanı azaltmağa qərarlı olduğu mesajını verən Türkiyənin Mərkəzi Bankının (TCMB) mərhələli faiz artımlarına davam edəcəyi və uçot dərəcəsini 5 faiz artıraraq 35 faizə qaldıracağı gözlənilir.
Faiz artımı ilə yanaşı, bazarlar önümüzdəki dövrdə sərtləşmənin nə qədər sürətlə davam edəcəyinə dair mesajları da izləyəcək.
Dolların məzənnəsində sentyabr ayının əvvəlindən davam edən gündəlik məhdud yüksəliş bu gün də davam edib. Məzənnə günə yeni rekordla - 28.15 lirədən başlayıb.
Dünən İstanbul birjasının fəaliyyəti bir müddət dayandırılıb. Bu, birjanın əsas indeksi olan BIST100 indeksinin 5 faiz ucuzlaşmasından sonra baş verib. Ucuzlaşmanın əsas səbəbi kimi ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatları göstərirlər.
Ərdoğanın dünənki açıqlamasına qədər analitiklər Yaxın Şərqdəki gərginliyin Türkiyə iqtisadiyyatına çox məhdud təsir göstərəcəyini gözləyirdilər. Ərdoğanın açıqlamalarından sonra Türkiyənin İsrail, ABŞ və Qərb dövlətləri ilə əlaqələri daha yaxından izlənilməyə başlayıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
Avqust ayında TCMB uçot dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb.
İqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizi 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub. Bundan sonra dollar/Türk Lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb.
TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.