DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq NATO-nun müdafiə sənayesini qiymətləri artırmamağa çağırıb

© AFP 2024 / HEIKKI SAUKKOMAANATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
NATO-nun müdafiə sənayesi digər sənayelərdən daha çox tənzimlənir və bu, investisiya və mənfəətə təsir edə bilər.
BAKI, 26 oktyabr — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Müqaviləsi Təşkilatının müdafiə sənayesi nümayəndələrini Ukraynadakı münaqişə səbəbindən silaha tələbatın artması fonunda öz məhsullarının qiymətlərinin artırılması məsələsinə məsuliyyətlə yanaşmağa çağırıb.
"RİA Novosti" bu barədə yazıb.
"Biz avadanlıq və sursat alışını artırmağa razılaşdıq, tələbatı təmin etdik, hazırda isə təchizatın artırılmasını təmin etməliyik. Burada problem ondan ibarətdir ki, biz tələbi artırdıqda - biz daha yüksək qiymətlər deyil, daha çox tədarük istəyirik", - deyə o bəyan edib.
Stoltenberq qeyd edib ki, hökumətlər və silah sənayesi məhsulların tədarükünün artımını təmin etmək və xərclərini məqbul həddə saxlamaq üçün kollektiv məsuliyyət daşımalıdırlar.
NATO-nun baş katibi əlavə edib ki, NATO-nun müdafiə sənayesi digər sənayelərdən daha çox tənzimlənir və bu, investisiya və mənfəətə təsir edə bilər. Stoltenberq dəqiqləşdirib ki, silah və sursat istehsalının hazırkı səviyyəsi hətta Ukraynada münaqişə başa çatdıqdan sonra belə aşağı düşməməlidir, çünki bu məsələdə Rusiya Federasiyası və Çinlə münasibətlər də nəzərə alınır.
Daha əvvəl xəbər verilmişdi ki, NATO baş katibi Yens Stoltenberq Alyansın bütün ölkələrinə məktub göndərərək noyabrın sonuna qədər İsveçi təşkilata qəbul etməyə çağırıb.
Xəbər lenti
0