https://sputnik.az/20231026/rusiya-bas-nazirinin-muavini-zengezur-dehlizinin-tikintisinden-danisdi-459984450.html
Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən danışdı
Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən danışdı
Sputnik Azərbaycan
Overçuk: "Hələlik Ermənistan Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıb". 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T18:52+0400
2023-10-26T18:52+0400
2023-10-26T18:52+0400
aleksey overçuk
iqtisadiyyat
zəngəzur
zəngəzur dəhlizi
ermənistan
araz çayı
araz çayı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452591_0:104:2000:1229_1920x0_80_0_0_5179a97bcdb6c393413aec231f19ca17.jpg
BAKI, 26 oktyabr — Sputnik. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizinin tikintisindən danışıb. Sputnik Azərbaycan məlumatına görə, Overçuk jurnalistlərə açıqlamasında Ermənistanın Meğri məntəqəsindən keçən yolun tikintisi vasitəsilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı məsələsini şərh edib. Onun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur bölməsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir. "Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Mehidən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar". Overçuk deyib ki, artıq Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun da tikintisinə dair memorandum imzalayıblar. "Bu yollar Ermənistandan yan keçməklə, çayın o biri sahili ilə çəkiləcək". O qeyd edib ki, İrandan keçməklə Naxçıvana və oradan da Türkiyə ilə sərhədə çıxışı olan yolun tikintisi uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir:"Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi, bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir, bütün fərq budur: iki körpü və 8 km".
zəngəzur dəhlizi
araz çayı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452591_112:0:1889:1333_1920x0_80_0_0_54354c3aade5b637a7f2a83fa7cd4072.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksey overçuk, zəngəzur, zəngəzur dəhlizi, ermənistan, araz çayı, araz çayı
aleksey overçuk, zəngəzur, zəngəzur dəhlizi, ermənistan, araz çayı, araz çayı
Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən danışdı
Overçuk: "Hələlik Ermənistan Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıb".
BAKI, 26 oktyabr — Sputnik. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizinin tikintisindən danışıb. Sputnik Azərbaycan məlumatına görə, Overçuk jurnalistlərə açıqlamasında Ermənistanın Meğri məntəqəsindən keçən yolun tikintisi vasitəsilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı məsələsini şərh edib.
Onun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur bölməsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir.
"Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Mehidən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar".
Overçuk deyib ki, artıq Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun da tikintisinə dair memorandum imzalayıblar.
"Bu yollar Ermənistandan yan keçməklə, çayın o biri sahili ilə çəkiləcək".
O qeyd edib ki, İrandan keçməklə Naxçıvana və oradan da Türkiyə ilə sərhədə çıxışı olan yolun tikintisi uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir:
"Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi, bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir, bütün fərq budur: iki körpü və 8 km".