https://sputnik.az/20231026/kelbecer-lacin-ve-susada-azerbaycan-brendi-olacaq-mineral-sular-istehsal-edilecek-459975412.html
Kəlbəcər, Laçın və Şuşada Azərbaycan brendi olacaq mineral sular istehsal ediləcək
Kəlbəcər, Laçın və Şuşada Azərbaycan brendi olacaq mineral sular istehsal ediləcək
Sputnik Azərbaycan
Son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq təzahürlər müəyyənləşdirilib... 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T14:44+0400
2023-10-26T14:44+0400
2023-10-26T14:57+0400
su
iqtisadiyyat
mineral
kəlbəcər
laçın
şuşa
istehsal
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/06/425651369_0:160:3072:1888_1920x0_80_0_0_b0437d0ddc8b3566c7ef4b063c63c098.jpg
BAKI, 26 oktyabr — Sputnik. "Kəlbəcər, Laçın və Şuşada mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək termal su istehsalının ilkin mərhələsindəyik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq təzahürlər müəyyənləşdirilib, qiymətləndirmə mərhələsinə yönəlib. Agentlik sədri bildirib ki, artıq Azərbaycanda dağ-mədən sektorunda yerli şirkətlər fəaliyyət göstərir: "Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır". Ə.Əliyev söyləyib ki, Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malikdir: "Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf edilib və ehtiyatları hesablanıb. Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/06/425651369_171:0:2902:2048_1920x0_80_0_0_71dbb52ce1d9d29221a09edbfbf4a345.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, mineral, kəlbəcər, laçın, şuşa, istehsal
su, mineral, kəlbəcər, laçın, şuşa, istehsal
Kəlbəcər, Laçın və Şuşada Azərbaycan brendi olacaq mineral sular istehsal ediləcək
14:44 26.10.2023 (Yenilənib: 14:57 26.10.2023) Son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq təzahürlər müəyyənləşdirilib, qiymətləndirmə mərhələsinə yönəlib.
BAKI, 26 oktyabr — Sputnik. "Kəlbəcər, Laçın və Şuşada mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək termal su istehsalının ilkin mərhələsindəyik".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq təzahürlər müəyyənləşdirilib, qiymətləndirmə mərhələsinə yönəlib.
Agentlik sədri bildirib ki, artıq Azərbaycanda dağ-mədən sektorunda yerli şirkətlər fəaliyyət göstərir: "Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır".
Ə.Əliyev söyləyib ki, Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malikdir: "Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf edilib və ehtiyatları hesablanıb. Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib".