CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nənələrinin küçəyə atdığı azyaşlılarla bağlı yeni xəbər

© Sputnik / Zulfiyya Guluyevauşaq evi
uşaq evi - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Gəncə İH başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb.
BAKI, 26 oktyabr — Sputnik. Həmin uşaqlar barədə məlumat müvafiq e-sistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqlar müayinə olunmaları üçün Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.
Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, müayinə prosesi bitib və azyaşlılar bu gün Bakı şəhərində yerləşən körpələr evinə yerləşdirilib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, 21 oktyabr tarixində səhər saatlarında Gəncədə yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib.
Gəncə İH başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.
Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.
Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi barədə qərar verilib.
***
Gəncədə nənələri tərəfindən küçəyə atılan azyaşlılar Bakıdakı uşaq evinə göndərilib. Sputnik Azərbaycan-ın məlumatına görə, 2 yaşlı Miryusif Cəlilov və 4 aylıq Mələk Cəlilova bu gün Gəncədəki 2 saylı Uşaq Xəstəxansından təcili tibbi yardım maşınında, xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakıda yerləşən körpələr evinə yola salınıblar.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, 21 oktyabr tarixində səhər saatlarında Gəncədə yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib.
Gəncə İH başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.
Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib.
Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi barədə qıərar verilib.
Xəbər lenti
0