SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın antiterror tədbirləri sülh üçün əhəmiyyətlidir - Numan Kurtulmuş

© AFP 2023 / ADEM ALTANNuman Kurtulmuş
Numan Kurtulmuş - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Türkiyə Böyük Millət Məclisinin sədri bildirib ki, Türkiyə ilə Azərbaycanın bütün sahələrdə koordinasiyalı hərəkət etməsi hər birimizin faydasınadır.
BAKI, 26 oktyabr — Sputnik. "Azərbaycanın sentyabr ayında keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda gərginliyin aradan qalxması, sülhün təmin olunması baxımından əhəmiyyətlidir".
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında "bir millət, iki dövlət" şüarına əsaslanan əlaqələr son illər daha da inkişaf edib: "İki dövlətin bütün sahələrdə koordinasiyalı hərəkət etməsi hər birimizin faydasınadır".
N.Kurtulmuşun sözlərinə görə, iki dost və qardaş ölkə milli məsələlərdə yaxınlaşmalı, regional problemlərdə ortaq həllər təklif etməlidir: "Bunun başında Cənubi Qafqazda sabitliyin təmin olunması dayanır".
Xəbər lenti
0