https://sputnik.az/20231026/azerbaycan-qazina-avropada-hec-vaxt-olmadigi-qeder-ehtiyac-var---prezident-459985460.html
"Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər ehtiyac var" - Prezident
"Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər ehtiyac var" - Prezident
Sputnik Azərbaycan
İlham Əliyev onu da vurğulayıb ki, investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək. 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T18:30+0400
2023-10-26T18:30+0400
2023-10-26T18:30+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
qaz
avropa
ehtiyac
stansiya
açılış
açılış mərasimi
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1a/459972296_0:64:894:567_1920x0_80_0_0_ea7e478a7d03c691cb88d7a82a089d5b.jpg
BAKI, 26 oktyabr — Sputnik. "Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur". Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib. "Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var", - dövlət başçısı qeyd edib. Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1a/459972296_27:0:867:630_1920x0_80_0_0_600e9d22067eca13131ccc7e92e4d9a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, qaz, avropa, ehtiyac, stansiya, açılış, açılış mərasimi
prezident ilham əliyev, qaz, avropa, ehtiyac, stansiya, açılış, açılış mərasimi
"Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər ehtiyac var" - Prezident
İlham Əliyev onu da vurğulayıb ki, investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək.
BAKI, 26 oktyabr — Sputnik. "Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
"Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var", - dövlət başçısı qeyd edib.
Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.