Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Mərkəzi Bankı Dövlət Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

© AP Photo / Darko VojinovicAzərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Sənəd həmçinin maliyyə bazarları üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin ("FinCERT") yaradılması və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyəti nəzərdə tutur
BAKI, 26 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə AMB-nin sədri Taleh Kazımov və Dövlət Xidmətinin rəisi İlqar Musayev imza atıb. Sənəd həmçinin maliyyə bazarları üzrə kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin ("FinCERT") yaradılmasını və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyəti nəzərdə tutur.
Qeyd edək ki, imzalanan Anlaşma Memorandumu iki qurumun maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadilə aparması, qabaqlayıcı tədbirlər görməsi məqsədi daşıyır.
Qeyd edək ki, imzalanma mərasimi Azərbaycanda ilk dəfə keçirilən "CyberFest" kiberfestivalı çərçivəsində baş tutub.
Xəbər lenti
0