https://sputnik.az/20231026/a-set-ve-mdb-istirakci-olkelerin-iqtisadiyyatlarini-inkisaf-etdirmeye-yonelib-459984299.html
Aİİ, ŞƏT və MDB iştirakçı ölkələrin iqtisadiyyatlarını inkişaf etdirməyə yönəlib
Aİİ, ŞƏT və MDB iştirakçı ölkələrin iqtisadiyyatlarını inkişaf etdirməyə yönəlib
Sputnik Azərbaycan
Aİİ, ŞƏT və MDB məkanlarında iclasların eyni gündə keçirilməsi sanksiyaların təzyiqi altında olan ölkələrin ticarəti artırmaq üçün qarşılıqlı fəaliyyət... 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T17:07+0400
2023-10-26T17:07+0400
2023-10-26T17:09+0400
şət
aii
mdb
dünya xəbərləri
çin
rusiya
qırğızıstan
səfir
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446098974_0:69:3175:1855_1920x0_80_0_0_df5003ab92700b21f4f246266ca39e01.jpg
BAKI, 26 oktyabr — Sputnik. Avrasiya məkanında inteqrasiya strukturları - Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) iştirakçı ölkələrin iqtisadiyyatlarını, qarşılıqlı ticarəti və investisiyaları inkişaf etdirməyə yönəlib. Bunu Belarusun Qırğızıstandakı səfiri Andrey Straçko jurnalistlərə deyib. "Bütün bu inteqrasiya strukturlarını ilk növbədə iqtisadiyyat birləşdirir. Onların əsas məqsədi müxtəlif ölkələrin iqtisadiyyatlarının inkişafında səyləri birləşdirmək, investisiya layihələri üzrə iş aparmaq, istehsal sahələri yaratmaqdır. Hər şey bir problemin həllinə yönəlib ki, ŞƏT, Aİİ, MDB-yə üzvü olan ölkələrin iqtisadiyyatının gücü artsın, ÜDM-i çoxalsın. Bu inteqrasiya strukturları daha çox bizim üçün çox maraqlı olan Avrasiya məkanında yerləşir", - deyə "BELTA" agentliyi Straçkodan sitat gətirir. O qeyd edib ki, ÇXR Aİİ-yə maraq göstərir və bütün iştirakçı ölkələrlə əməkdaşlıq edir. "Hesab edirəm ki, bu inteqrasiya platforması Çin üçün maraqlıdır. ŞƏT və Aİİ-nin bir-biri ilə əməkdaşlıq etməsi, inteqrasiyası və bəlkə də birgə layihələrin hazırlanması məsələsini qaldırmağımız əbəs yerə deyil", - deyə səfir bildirib. Onun fikrincə, ŞƏT, Aİİ və MDB məkanlarında iclasların eyni gündə keçirilməsi sanksiyaların təzyiqi altında olan ölkələrin qarşılıqlı ticarətin artırılması üçün qarşılıqlı fəaliyyət yollarını axtardıqlarının göstəricisidir. "Dollardan uzaqlaşmaq və ödənişlərin milli valyutada aparılması ilə bağlı sual qaldırılır. Bu, regional birliklər üçün maraqlıdır. Bu da imkanlarımızı artırmağa imkan verən sanksiyalardan yayınmağın elementlərindən biridir", - deyə Belarus diplomatı vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446098974_298:0:3029:2048_1920x0_80_0_0_48662f3f0def698840ce45cf7cd3821f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
şət, aii, mdb, çin, rusiya, qırğızıstan, səfir
şət, aii, mdb, çin, rusiya, qırğızıstan, səfir
Aİİ, ŞƏT və MDB iştirakçı ölkələrin iqtisadiyyatlarını inkişaf etdirməyə yönəlib
17:07 26.10.2023 (Yenilənib: 17:09 26.10.2023) Aİİ, ŞƏT və MDB məkanlarında iclasların eyni gündə keçirilməsi sanksiyaların təzyiqi altında olan ölkələrin ticarəti artırmaq üçün qarşılıqlı fəaliyyət yollarını axtardıqlarının göstəricisidir.
BAKI, 26 oktyabr — Sputnik. Avrasiya məkanında inteqrasiya strukturları - Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) iştirakçı ölkələrin iqtisadiyyatlarını, qarşılıqlı ticarəti və investisiyaları inkişaf etdirməyə yönəlib.
Bunu Belarusun Qırğızıstandakı səfiri Andrey Straçko jurnalistlərə deyib.
"Bütün bu inteqrasiya strukturlarını ilk növbədə iqtisadiyyat birləşdirir. Onların əsas məqsədi müxtəlif ölkələrin iqtisadiyyatlarının inkişafında səyləri birləşdirmək, investisiya layihələri üzrə iş aparmaq, istehsal sahələri yaratmaqdır. Hər şey bir problemin həllinə yönəlib ki, ŞƏT, Aİİ, MDB-yə üzvü olan ölkələrin iqtisadiyyatının gücü artsın, ÜDM-i çoxalsın. Bu inteqrasiya strukturları daha çox bizim üçün çox maraqlı olan Avrasiya məkanında yerləşir", - deyə "BELTA" agentliyi Straçkodan sitat gətirir.
O qeyd edib ki, ÇXR Aİİ-yə maraq göstərir və bütün iştirakçı ölkələrlə əməkdaşlıq edir.
"Hesab edirəm ki, bu inteqrasiya platforması Çin üçün maraqlıdır. ŞƏT və Aİİ-nin bir-biri ilə əməkdaşlıq etməsi, inteqrasiyası və bəlkə də birgə layihələrin hazırlanması məsələsini qaldırmağımız əbəs yerə deyil", - deyə səfir bildirib.
Onun fikrincə, ŞƏT, Aİİ və MDB məkanlarında iclasların eyni gündə keçirilməsi sanksiyaların təzyiqi altında olan ölkələrin qarşılıqlı ticarətin artırılması üçün qarşılıqlı fəaliyyət yollarını axtardıqlarının göstəricisidir.
"Dollardan uzaqlaşmaq və ödənişlərin milli valyutada aparılması ilə bağlı sual qaldırılır. Bu, regional birliklər üçün maraqlıdır. Bu da imkanlarımızı artırmağa imkan verən sanksiyalardan yayınmağın elementlərindən biridir", - deyə Belarus diplomatı vurğulayıb.