https://sputnik.az/20231025/srail-universitetlerinde-dersler-yeniden-texire-salinib-459939518.html
İsrail universitetlərində dərslər yenidən təxirə salınıb
İsrail universitetlərində dərslər yenidən təxirə salınıb
Sputnik Azərbaycan
"The Times of Israel" qəzeti yazır ki, buna universitetlərin minlərlə əməkdaşının və tələbəsinin orduya səfərbər edilməsi səbəb olub. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T20:00+0400
2023-10-25T20:00+0400
2023-10-25T20:00+0400
israil
dünya xəbərləri
qəzza
həmas
fələstin
bmt fələstin
dərs
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930816_0:160:3072:1888_1920x0_80_0_0_8ad5ccd9faaf3a936e6abdbbd1996456.jpg
BAKI, 25 oktyabr — Sputnik. İsrail universitetlərində noyabrın 5-nə planlaşdırılan tədris ilinin başlanması dekabrın 3-dək təxirə salınıb. "The Times of Israel" qəzeti yazır ki, buna universitetlərin minlərlə əməkdaşının və tələbəsinin orduya səfərbər edilməsi səbəb olub. İsrail Universitetləri Rektorları Komitəsinin bəyanatına əsasən, tədris prosesinin bərpası yalnız orduya çağırılan tələbə, müəllim və ali təhsil müəssisələrinin əməkdaşlarınin tərxis olunmasından sonra mümkündür. Bu isə dekabrın 3-dək baş verməyəcək. Eyni zamanda, dekabrın 3-ü ilkin tarixdir, çünki yeni semestrə hazırlaşmaq üçün vaxt lazımdır. Dərslərin başlanması iki həftə öncə elan ediləcək. Qeyd edək ki, İsrail universitetlərində payız semestri oktyabrın 15-də başlamalı olsa da, sonradan noyabrın 5-dək təxirə salınmışdı. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930816_171:0:2902:2048_1920x0_80_0_0_007436c12fa328164006a9ec3fb6953d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, qəzza, həmas, fələstin, bmt fələstin, dərs
israil, qəzza, həmas, fələstin, bmt fələstin, dərs
İsrail universitetlərində dərslər yenidən təxirə salınıb
"The Times of Israel" qəzeti yazır ki, buna universitetlərin minlərlə əməkdaşının və tələbəsinin orduya səfərbər edilməsi səbəb olub.
BAKI, 25 oktyabr — Sputnik. İsrail universitetlərində noyabrın 5-nə planlaşdırılan tədris ilinin başlanması dekabrın 3-dək təxirə salınıb.
"The Times of Israel" qəzeti yazır ki, buna universitetlərin minlərlə əməkdaşının və tələbəsinin orduya səfərbər edilməsi səbəb olub.
İsrail Universitetləri Rektorları Komitəsinin bəyanatına əsasən, tədris prosesinin bərpası yalnız orduya çağırılan tələbə, müəllim və ali təhsil müəssisələrinin əməkdaşlarınin tərxis olunmasından sonra mümkündür. Bu isə dekabrın 3-dək baş verməyəcək. Eyni zamanda, dekabrın 3-ü ilkin tarixdir, çünki yeni semestrə hazırlaşmaq üçün vaxt lazımdır. Dərslərin başlanması iki həftə öncə elan ediləcək.
Qeyd edək ki, İsrail universitetlərində payız semestri oktyabrın 15-də başlamalı olsa da, sonradan noyabrın 5-dək təxirə salınmışdı.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.