Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Şimal-Cənub"la Azərbaycan ərazisindən avtomobil nəqliyyatı ilə yük daşınması artıb

© Sputnik / Сергей Субботин / Mediabanka keçid"Şimal-Cənub" koridoru
Şimal-Cənub koridoru - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Rusiya Federasiyası marşrutun inkişafı, o cümlədən Xəzər hövzəsi ölkələrinin və digər ölkələrin dövlət qurumları və yükgöndərənləri arasında irəliləməsi üçün sistemli iş aparır.
BAKI, 25 oktyabr — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən avtomobil daşımaları 36% artıb. Bunu Rusiya Nəqliyyat Nazirliyinin rəhbərinin müavini Valentin İvanov Federasiya Şurası yanında nəqliyyat kompleksinin inkişafı Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası marşrutun inkişafı, o cümlədən Xəzər hövzəsi, Fars körfəzi, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya və Afrika qitəsi ölkələrinin dövlət qurumları və yükgöndərənləri arasında irəliləməsi ilə bağlı sistemli iş aparır.

"Ümumiyyətlə, Şimal-Cənub dəhlizi üzrə biz tamamilə bütün nəqliyyat növləri üzrə inkişaf etmişik. Məsələn, bu ilin 8 ayı ərzində dəniz limanlarında yükdaşımaların həcminə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 70%, dəmir yolu nəqliyyatı isə bütün istiqamətlərdə, demək olar ki, 30% artıb", - deyə İvanov bildirib.

O, həmçinin qeyd edib ki, İran, Türkmənistan və Qazaxıstanla nəqliyyat və tranzit sahəsində idarələrarası anlaşma memorandumları imzalanıb. Oxşar sənədlərin imzalanması Hindistan, Oman, Qətər, Keniya, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanından olan tərəfdaşlarla müzakirə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0