https://sputnik.az/20231025/sekide-kutlevi-xesteliye-gore-baglanan-mekteble-bagli-resmi-aciqlama-459924654.html
Şəkidə kütləvi xəstəliyə görə bağlanan məktəblə bağlı rəsmi açıqlama
Şəkidə kütləvi xəstəliyə görə bağlanan məktəblə bağlı rəsmi açıqlama
Sputnik Azərbaycan
Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edib. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T10:35+0400
2023-10-25T10:35+0400
2023-10-25T10:38+0400
cəmiyyət
şəki
məktəb
cəsarət valehov
təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri cəsarət valehov
qızılca
https://cdnn1.img.sputnik.az/img/42365/41/423654145_0:136:2949:1794_1920x0_80_0_0_56ca33b4b1128c7a44a7a4e31a4292e1.jpg
BAKI, 25 oktyabr — Sputnik. Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanan məktəbdə oktyabrın 27-dən təhsil ənənəvi formada davam etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O, bildirib ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal qeydə alındığından, sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib. Şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb. Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib. Oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəliyin yayıldığı barədə "Xəzər Xəbər" məlumat yaymışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/41/423654145_0:0:2729:2047_1920x0_80_0_0_4bda1de2fb3edf38b11d880e0b72d491.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şəki, məktəb, cəsarət valehov, təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri cəsarət valehov, qızılca
şəki, məktəb, cəsarət valehov, təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri cəsarət valehov, qızılca
Şəkidə kütləvi xəstəliyə görə bağlanan məktəblə bağlı rəsmi açıqlama
10:35 25.10.2023 (Yenilənib: 10:38 25.10.2023) Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edib.
BAKI, 25 oktyabr — Sputnik. Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanan məktəbdə oktyabrın 27-dən təhsil ənənəvi formada davam etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O, bildirib ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal qeydə alındığından, sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib. Şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb. Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib. Oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəliyin yayıldığı barədə "Xəzər Xəbər" məlumat yaymışdı.