SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gedib - FOTO

© Photo : Milli MejlisMilli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
BAKI, 25 oktyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 25-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gəlib.
© Photo : Milli MejlisMilli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfərə gəlib
Milli Məclisdən bildiriblər ki, nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər lenti
0