Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini həyata keçirmək istəyir

© Sputnik / Murad OrujovПодписание соглашения между деловыми центрами Астрахани и Азербайджана
Подписание соглашения между деловыми центрами Астрахани и Азербайджана - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Rusiyanın Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov bildirib ki, sadələşdirilmiş gömrük dəhlizi müqavilə bağlamış iki ölkə arasında malların bəyan edilməsi və buraxılması zamanı inzibati yükün azaldılmasını nəzərdə tutur.
BAKI, 25 oktyabr — Sputnik. Rusiya Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov RBK-dəki yazısında bildirib.
Onun sözlərinə görə, sadələşdirilmiş gömrük dəhlizi müqavilə bağlamış iki ölkə arasında malların bəyan edilməsi və buraxılması zamanı inzibati yükün azaldılmasını və gömrük nəzarəti tədbirlərinin tətbiqinin tezliyini nəzərdə tutur.
Davıdov həmçinin Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirildiyini də bildirib.
Xatırladaq ki, bu ilin martın 17-də Azərbaycan-Rusiya sərhədində yeni "Xanoba" gömrük məntəqəsinin açılış mərasimi keçirilib. Tədbirdə Rusiya və Azərbaycan hökumət başçılarının müavinləri Aleksey Overçuk və Şahin Mustafayev iştirak ediblər.
Yeni məntəqə sərhəddən yük maşınlarının buraxılmasını dəfələrlə artırmağa imkan verəcək. Eyni zamanda qonşu "Samur" gömrük məntəqəsinin yükü azalacaq.
"Xanoba" Hindistan və Pakistandan yüklərin İran və Azərbaycandan keçməklə Rusiyaya sürətli daşınmasını təmin etməyə imkan verəcək-, deyə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu, "Şimal-Cənub" nəqliyyat dəhlizinin - hazırki yüzilliyin ən mühüm nəqliyyat magistralının tərkib hissəsidir.
Öz növbəsində, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, "Xanoba" Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsini xeyli artırmağa imkan verəcək. Bu gömrük məntəqəsindən hər gün 300-ə qədər yük maşını və 1000 minik maşını keçəcək.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə mühüm nəqliyyat layihələrini genişləndirməyə hazırdır.
Xəbər lenti
0