Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Samuxun icra başçısını dəyişib

© AFP 2023 / AHMAD GHARABLIFirdovsi Əliyev, arxiv şəkli
Firdovsi Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Prezident İlham Əliyevin Sərəncamı ilə Alı Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
BAKI, 25 oktyabr — Sputnik. Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, F.Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildən 2023-cü ilin mart ayına qədər Ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.
Xəbər lenti
0