https://sputnik.az/20231025/hakan-fidan-dunya-muharibesi-mesajini-verib-459948872.html
Hakan Fidan dünya müharibəsi mesajını verib
Hakan Fidan dünya müharibəsi mesajını verib
Sputnik Azərbaycan
Türkiyənin xarici işlər naziri bildirib ki, İsrail zorakılıq yolu ilə sülh və təhlükəsizliyə nail ola bilməyəcəyini dərk etməlidir. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T20:17+0400
2023-10-25T20:17+0400
2023-10-25T20:17+0400
hakan fidan
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
qəzza
həmas
fələstin
israil
https://cdnn1.img.sputnik.az/img/07e7/08/07/457492129_0:0:3072:1728_1920x0_80_0_0_8b7edcbd867b6c7f05686ce4b59a9575.jpg
BAKI, 25 oktyabr — Sputnik. "Ya sabit sülhə nail olacağıq, ya da dünya müharibəsi başlayacaq". Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. XİN rəhbəri qeyd edib ki, Türkiyə bütün regional və beynəlxalq maraqlı tərəfləri ağılın səsinə qulaq asmağa çağırır:Fidan qətərli həmkarı Məhəmməd bin Abderrahman Al Thani ilə görüşdən sonra mətbuat konfransında bildirib: Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib. Bu barədə, Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib. O, buna səbəb kimi İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatı göstərib. Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir. "Həyatımda bir dəfə Netanyahu adlı bir adamla əl sıxışdım. Bizim yaxşı niyyətimiz var idi, amma bizi təhqir etdilər", - Türkiyə lideri vurğulayıb. O həmçinin deyib: "Bizim İsrailə getmək planımız var idi, lakin biz onu ləğv etdik və getməyəcəyik". Rəcəb Tayyib Ərdoğan bütün ölkələri İsrail dövlətini ağlının dərk edəcəyi yola qaytarmaq üçün Netanyahu hökumətinə təzyiq göstərməyə çağırıb. Türkiyə lideri Fələstin-İsrail gərginliyini həll etmək üçün təcili sülh konfransı çağırmaq təşəbbüsü ilə də çıxış edib. Türkiyə lideri həmçinin qeyd edib ki, Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin fələstinlilərə qarşı siyasətindən razı deyil. Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirib. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/07/457492129_321:0:3050:2047_1920x0_80_0_0_7c3fde50f62e78e7de267fa63a45bf10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakan fidan, ərdoğan, rəcəb tayyip ərdoğan, qəzza, həmas, fələstin, israil
hakan fidan, ərdoğan, rəcəb tayyip ərdoğan, qəzza, həmas, fələstin, israil
Hakan Fidan dünya müharibəsi mesajını verib
Türkiyənin xarici işlər naziri bildirib ki, İsrail zorakılıq yolu ilə sülh və təhlükəsizliyə nail ola bilməyəcəyini dərk etməlidir.
BAKI, 25 oktyabr — Sputnik. "Ya sabit sülhə nail olacağıq, ya da dünya müharibəsi başlayacaq".
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
XİN rəhbəri qeyd edib ki, Türkiyə bütün regional və beynəlxalq maraqlı tərəfləri ağılın səsinə qulaq asmağa çağırır:
"İsraili cinayətlərini davam etdirməyə təşviq edənlər də məsuliyyət daşıyırlar. Tez hərəkət etməsək, bizi daha qaranlıq günlər gözləyir".
Fidan qətərli həmkarı Məhəmməd bin Abderrahman Al Thani ilə görüşdən sonra mətbuat konfransında bildirib:
"İsrail zorakılıq yolu ilə sülh və təhlükəsizliyə nail ola bilməyəcəyini dərk etməlidir. "Vəziyyətdən yeganə çıxış yolu 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib. Bu barədə, Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.
O, buna səbəb kimi İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatı göstərib.
Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.
"Həyatımda bir dəfə Netanyahu adlı bir adamla əl sıxışdım. Bizim yaxşı niyyətimiz var idi, amma bizi təhqir etdilər", - Türkiyə lideri vurğulayıb.
O həmçinin deyib: "Bizim İsrailə getmək planımız var idi, lakin biz onu ləğv etdik və getməyəcəyik".
Rəcəb Tayyib Ərdoğan bütün ölkələri İsrail dövlətini ağlının dərk edəcəyi yola qaytarmaq üçün Netanyahu hökumətinə təzyiq göstərməyə çağırıb.
Türkiyə lideri Fələstin-İsrail gərginliyini həll etmək üçün təcili sülh konfransı çağırmaq təşəbbüsü ilə də çıxış edib.
Türkiyə lideri həmçinin qeyd edib ki, Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin fələstinlilərə qarşı siyasətindən razı deyil.
Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.