Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dönərdən zəhərlənmədən sonra Bakıda dönərxanaların qarşısında vəziyyət necədir?

Abunə olmaq
Apardığımız müşahidələr zamanı satışda 1 manat 50 qəpiyə, 2 manata dönərlərin satıldığının və alıcılarınıın da kifayət qədər çox olduğunun şahidi olduq.
Bakının Binə qəsəbəsində dönərdən 21 şagirdin zəhərlənməsi iaşə obyektlərində satılan ucuz dönərlərin keyfiyyətini şübhə altına salıb. Sputnik Azərbaycan zəhərlənmə hadisəsindən sonra dönərxanalarda dönərə təlabatın azalıb-azalmadığını, ucuz dönərlərin keyfiyyət problemini araşdırıb.
Apardığımız müşahidələr zamanı məlum olub ki, baş vermiş hadisə alıcıların gözünü qorxutmayıb. Ucuz dönərxanaların qarşısı əvvəlki kimi qələbəlikdir. Həmsöhbət olduğumuz Bakı sakinlərinin bəziləri ucuz dönər almağa ehtiyat etdiklərini söyləsələr də, ucuz dönərlərin insan sağlamlığına təhlükə yaratmadığını düşünənlər də var.
"Talışın dönəri" adlanan iaşə obyektində dönərçi bildirib ki, satdığı dönərin qiyməti 1 manat 50 qəpikdir. O, dönər ucuz olsa da, keyfiyyətinə şübhə olmadığını əminliklə söyləyib. Bildirib ki, hələ indiyədək satdığı dönərdən zəhərlənən olmayıb.
"7-8 ay əvvəl biz də dönəri 1 manata satırdıq. 1 manatlıq dönər heç də keyfiyyətsiz deyil. Bizim dönər 1 manata satılanda da, ondan zəhərlənən olmayıb" - deyə dönərçi bildirib.
Apardığımız müşahidələr zamanı satışda 1 manat 50 qəpiyə, 2 manata dönərlərin satıldığının şahidi olduq. Dönər satanlar dönərin hazırlanmasında istifadə edilən ətin keyfiyyətli olduğunun baytar tərəfindən təsdiqləndiyini, müvafiq sanitar-gigiyenik sənədlərinin olduğunu söylədilər.
Xatırladaq ki, oktyabrın 24-də Binə qəsəbəsində dönər yedikdən sonra 21 şagirdin səhhətində narahatlıq yarandığı üçün onlar xəstəxanaya yerləşdiriliblər. Onlar Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləridir. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir.
Onu da qeyd edək ki, uşaqların dönər alıb yediyi iaşə obyekti- "Şah dönər"in fəaliyyəti artıq AQTA tərəfindən dayandırılıb.
Xəbər lenti
0