SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasını çağırmaq tələbini qəbul edib

© AP Photo / Mary AltafferBMT-nin iclası
BMT-nin iclası - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Baş Assambleyanın xüsusi sessiyası 26 oktyabr tarixində BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutacaq.
BAKI, 25 oktyabr - Sputnik. BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib.
Bu barədə Baş Assambleyanın prezidentinin sözçüsü Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.
Belə ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyə məktub göndərib.
Məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib.
Qeyd olunub ki, Baş Assambleyanın xüsusi sessiyası 26 oktyabr tarixində BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkilatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutacaq.
Xəbər lenti
0