https://sputnik.az/20231025/bakida-donerden-zeherlenen-21-mekteblinin-veziyyeti-aciqlandi-459923228.html
TƏBİB Bakıda dönərdən zəhərlənən 23 məktəblinin son durumunu açıqladı
TƏBİB Bakıda dönərdən zəhərlənən 23 məktəblinin son durumunu açıqladı
Sputnik Azərbaycan
Dönərdən zəhərlənən 23 uşaqdan 2-si evə buraxılıb, 21 nəfərin müalicəsi davam etdirilir. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T17:01+0400
2023-10-25T17:01+0400
2023-10-25T18:53+0400
dönər
hadisə
təbib
https://cdnn1.img.sputnik.az/img/42090/93/420909304_0:0:2000:1125_1920x0_80_0_0_4cd1df351473042f50dd6115ade8c772.jpg
BAKI, 25 oktyabr — Sputnik. Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib. Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb."Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 24 saat müşahidə altında olandan sonra evə buraxılmaları nəzərdə tutulub" - məlumatda bildirilib.10:17Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir. Xatırladaq ki, bir qrup şagird dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yeyiblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42090/93/420909304_130:0:1907:1333_1920x0_80_0_0_5451eb37173081cafc91ac32efbcdfad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dönər, təbib
TƏBİB Bakıda dönərdən zəhərlənən 23 məktəblinin son durumunu açıqladı
17:01 25.10.2023 (Yenilənib: 18:53 25.10.2023) Dönərdən zəhərlənən 23 uşaqdan 2-si evə buraxılıb, 21 nəfərin müalicəsi davam etdirilir.
BAKI, 25 oktyabr — Sputnik. Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.
"Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 24 saat müşahidə altında olandan sonra evə buraxılmaları nəzərdə tutulub" - məlumatda bildirilib.
Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.
Hazırda hər birinin vəziyyəti stabildir.
Xatırladaq ki, bir qrup şagird dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yeyiblər.