https://sputnik.az/20231025/azerbaycanda-senbe-ve-bazar-gunleri-qadinlar-islemesin---deputatdan-teklif-459939805.html
Azərbaycanda şənbə və bazar günləri qadınlar işləməsin - Deputatdan təklif
Azərbaycanda şənbə və bazar günləri qadınlar işləməsin - Deputatdan təklif
Sputnik Azərbaycan
Avropanı misal çəkən deputat bildirib ki, orada həftəsonu qadınlar daha çox uşaqları ilə vaxt keçirirlər. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T16:43+0400
2023-10-25T16:43+0400
2023-10-25T16:43+0400
biznes
cəmiyyət
ailə, qadın və uşaq məsələləri komitəsi
milli məclis
deputat
qadın
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821176_0:196:3292:2048_1920x0_80_0_0_642ebdecc3a07237f2b45b59d77538ef.jpg
BAKI, 25 oktyabr — Sputnik. "Şənbə və bazar günləri qadınlar işləməsin". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib. Avropanı misal çəkən deputat bildirib ki, orada həftəsonu qadınlar daha çox uşaqları ilə vaxt keçirirlər: "Ona görə Azərbaycanda da qadınların istirahət günlərində işləməməsini təklif edirəm". "Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar", - deyə deputat əlavə edib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Hesabat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, Dövlət Komitəsi 2022-ci ildə əsasnaməsi ilə müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun fəaliyyət göstərib. Qurum öz fəaliyyətində bütün dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları və media quruluşları ilə səmərəli əməkdaşlıq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821176_0:0:2732:2048_1920x0_80_0_0_a5b7dafc0d365341bf2b7a182b4dc9b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
biznes, ailə, qadın və uşaq məsələləri komitəsi, milli məclis, deputat, qadın
biznes, ailə, qadın və uşaq məsələləri komitəsi, milli məclis, deputat, qadın
Azərbaycanda şənbə və bazar günləri qadınlar işləməsin - Deputatdan təklif
Avropanı misal çəkən deputat bildirib ki, orada həftəsonu qadınlar daha çox uşaqları ilə vaxt keçirirlər.
BAKI, 25 oktyabr — Sputnik. "Şənbə və bazar günləri qadınlar işləməsin".
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.
Avropanı misal çəkən deputat bildirib ki, orada həftəsonu qadınlar daha çox uşaqları ilə vaxt keçirirlər: "Ona görə Azərbaycanda da qadınların istirahət günlərində işləməməsini təklif edirəm".
"Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar", - deyə deputat əlavə edib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Hesabat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, Dövlət Komitəsi 2022-ci ildə əsasnaməsi ilə müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun fəaliyyət göstərib. Qurum öz fəaliyyətində bütün dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları və media quruluşları ilə səmərəli əməkdaşlıq edib.