https://sputnik.az/20231025/azerbaycanda-qanuni-nikah-yasi-ile-bagli-butun-istisnalar-aradan-qaldirila-biler-459931274.html
Azərbaycanda qanuni nikah yaşı ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər
Azərbaycanda qanuni nikah yaşı ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər
Sputnik Azərbaycan
Dövlət Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 24-ü yeniyetmə olmaqla 309 qadın öldürülüb, 31 747 abort qeydə alınıb. 25.10.2023, Sputnik Azərbaycan
2023-10-25T14:39+0400
2023-10-25T14:39+0400
2023-10-25T14:39+0400
nikah
cəmiyyət
qadın
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
hicran hüseynova
https://cdnn1.img.sputnik.az/img/41090/82/410908256_0:100:1921:1180_1920x0_80_0_0_f5323a387f1b3386102f480b9a6fc9dc.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda 84 620 nəfər aliment ödəyir. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb. Komitənin məlumatında qeyd olunub ki, Bakının 12 rayonu üzrə 26 463, Azərbaycanın bölgələri üzrə 58 157 aliment ödəyicisi var: "Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur". Ötən il 309 qadın öldürülüb, onlardan 24-ü yeniyetmədir Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ailədaxili münaqişə ilə bağlı 676 müraciət daxil olub. Komitənin hesabatında qeyd olunub ki, "Qadın Dəstək Xətti"nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub. Bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182) və digər sahələrlə bağlı olub. Eyni zamanda Azərbaycanda məişət zorakılığından əziyyət çəkən şəxslərin də sayı açıqlanıb. Belə ki, 2022-ci hesabat ili ərzində qeydə alınmış cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxsin 7 455-i qadın olub. Zərərçəkmiş qadınlardan 2 945-i xəsarət alıb, 309-u (onlardan 24-ü yetkinlik yaşına çatmayan) isə ölüb. 2022-ci ildə 15 qadının (1 nəfər 14 yaşına çatmamış, 2 nəfər 14-18 yaş aralığı, 12 nəfər 18 yaşdan yuxarı) cinsi zorakılığa məruz qalması ilə bağlı başlanılan 14 cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib. Bundan başqa, qeyd olunub ki, 2022-ci il ərzində Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9 864 müraciət daxil olub. Məişət zorakılığı halları ilə bağlı qeydə alınan cinayətlərin ümumi sayı 1 175 (2021-ci ildə 1 196), xəsarət alan qadınların sayı 1 132 (2021-ci ildə 1 150), ailə-məişət münaqişələri və qısqanclıq zəmnində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 (2021-ci ildə 46) olub (onlardan 2-i yetkinlik yaşına çatmayan şəxsdir). 2021-ci illə müqayisədə məişət zorakılığı zəmnindəki cinayətlərdə azalma müşahidə olunur. Ötən il Azərbaycanda ümumi abortların sayı 31 747 olub. Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qeyd olunub ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulandək cins seçiminə məruz qalmasıdır. Bildirilib ki, 2022-ci il üzrə doğumu qeydə alınan 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31 747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46 877 olub. İş yerində cinsi qısnamaya qarşı qanun qəbul oluna bilər Azərbaycanda iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbulu təklif olunur. Dövlət Komitəsi iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbul edilməsi, zərərçəkmiş şəxslərin hüquqi müdafiə vasitələrinə çıxışının təmin edilməsi və cinsi qısnama ilə bağlı şikayətlərin effektiv şəkildə araşdırılmasının, təqsirkarların məsuliyyətə cəlb olunmasının və adekvat şəkildə cəzalandırılmasının, zərərçəkmiş şəxslərin qisasdan qorunmasının təmin edilməsi ilə bağlı müvafiq qurumlara tövsiyələr göndərib. Təhsildən yayınan qızlar erkən nikaha məcbur edilirlər Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin iclasında bildirib ki, hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var: "Onlar bir çox hallarda erkən nikah məcbur olunurlar. Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir". H.Hüseynova bildirib ki, orta peşə təhsili alan şəxslərin arasında qız uşaqlarının sayını artırmaq lazımdır: “Əgər qız uşaqları 9-cu sinifdən sonra məktəbə getmək istəmirsə, o zaman gedib peşə təhsili almalıdırlar ki, gələcəkdə hansısa problemi olduqda peşəsi olsun, ayaqları üzərində dayana bilsin”. Qanuni nikah yaşı ilə bağlı istisna ləğv edilə bilər Azərbaycanda qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər. Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qeyd edilib ki, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması ilə bağlı tövsiyələr Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41090/82/410908256_106:0:1813:1280_1920x0_80_0_0_5d4bf767e684d328f8c9c4525917da65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikah, qadın, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, hicran hüseynova
nikah, qadın, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, hicran hüseynova
Azərbaycanda qanuni nikah yaşı ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər
Dövlət Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 24-ü yeniyetmə olmaqla 309 qadın öldürülüb, 31 747 abort qeydə alınıb.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda 84 620 nəfər aliment ödəyir.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Komitənin məlumatında qeyd olunub ki, Bakının 12 rayonu üzrə 26 463, Azərbaycanın bölgələri üzrə 58 157 aliment ödəyicisi var: "Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur".
Ötən il 309 qadın öldürülüb, onlardan 24-ü yeniyetmədir
Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ailədaxili münaqişə ilə bağlı 676 müraciət daxil olub.
Komitənin hesabatında qeyd olunub ki, "Qadın Dəstək Xətti"nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub. Bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182) və digər sahələrlə bağlı olub.
Eyni zamanda Azərbaycanda məişət zorakılığından əziyyət çəkən şəxslərin də sayı açıqlanıb. Belə ki, 2022-ci hesabat ili ərzində qeydə alınmış cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxsin 7 455-i qadın olub. Zərərçəkmiş qadınlardan 2 945-i xəsarət alıb, 309-u (onlardan 24-ü yetkinlik yaşına çatmayan) isə ölüb.
2022-ci ildə 15 qadının (1 nəfər 14 yaşına çatmamış, 2 nəfər 14-18 yaş aralığı, 12 nəfər 18 yaşdan yuxarı) cinsi zorakılığa məruz qalması ilə bağlı başlanılan 14 cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.
Bundan başqa, qeyd olunub ki, 2022-ci il ərzində Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9 864 müraciət daxil olub. Məişət zorakılığı halları ilə bağlı qeydə alınan cinayətlərin ümumi sayı 1 175 (2021-ci ildə 1 196), xəsarət alan qadınların sayı 1 132 (2021-ci ildə 1 150), ailə-məişət münaqişələri və qısqanclıq zəmnində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 (2021-ci ildə 46) olub (onlardan 2-i yetkinlik yaşına çatmayan şəxsdir). 2021-ci illə müqayisədə məişət zorakılığı zəmnindəki cinayətlərdə azalma müşahidə olunur.
Ötən il Azərbaycanda ümumi abortların sayı 31 747 olub.
Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qeyd olunub ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulandək cins seçiminə məruz qalmasıdır.
Bildirilib ki, 2022-ci il üzrə doğumu qeydə alınan 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31 747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46 877 olub.
İş yerində cinsi qısnamaya qarşı qanun qəbul oluna bilər
Azərbaycanda iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbulu təklif olunur.
Dövlət Komitəsi iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbul edilməsi, zərərçəkmiş şəxslərin hüquqi müdafiə vasitələrinə çıxışının təmin edilməsi və cinsi qısnama ilə bağlı şikayətlərin effektiv şəkildə araşdırılmasının, təqsirkarların məsuliyyətə cəlb olunmasının və adekvat şəkildə cəzalandırılmasının, zərərçəkmiş şəxslərin qisasdan qorunmasının təmin edilməsi ilə bağlı müvafiq qurumlara tövsiyələr göndərib.
Təhsildən yayınan qızlar erkən nikaha məcbur edilirlər
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin iclasında bildirib ki, hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var: "Onlar bir çox hallarda erkən nikah məcbur olunurlar. Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir".
H.Hüseynova bildirib ki, orta peşə təhsili alan şəxslərin arasında qız uşaqlarının sayını artırmaq lazımdır: “Əgər qız uşaqları 9-cu sinifdən sonra məktəbə getmək istəmirsə, o zaman gedib peşə təhsili almalıdırlar ki, gələcəkdə hansısa problemi olduqda peşəsi olsun, ayaqları üzərində dayana bilsin”.
Qanuni nikah yaşı ilə bağlı istisna ləğv edilə bilər
Azərbaycanda qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnalar aradan qaldırıla bilər.
Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qeyd edilib ki, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması ilə bağlı tövsiyələr Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara göndərilib.